Mojo.az Banner
23:01 Məşhur bitki dərinin qocalmasını dayandıra bilər  |     22:56 Şəkidə cücə sexi yandı  |     22:46 Şirin su balıqları çaylardan yoxa çıxır - Ekoloqlar narahatdır  |     22:42 Hotellərdə qiymət aşağı düşüb? - “Hazırda vəziyyət belədir”  |     22:38 Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?  |     22:31 Keçmiş reper baş nazir seçildi  |     22:23 Subasmaya görə köməksiz qalan 9 nəfər xilas edildi - Video  |     22:18 BŞİH gücləndirilmiş iş rejiminə keçib  |     22:13 Masallıda baş verən qəzada 34 yaşlı sürücü öldü  |     22:05 Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR  |     22:00 Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - Video  |     21:52 Hande Erçel sərbəst buraxıldı  |     21:46 İstanbulda zabit və məhkumlar yol qəzasına düşdü - Yaralılar var  |     21:30 Murad Dadaşov əməliyyatdan sonra  |     21:24 Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı  |     21:17 Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi  |     21:11 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 195%-ni təşkil edib - FAKTİKİ HAVA  |     21:02 At və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? - Video  |     20:56 İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb  |     20:49 Bakının iki rayonunda yaşayış evlərinin həyətyanı sahələrini su basdı: Sakinlər təxliyə edildilər - Video  |    
Left Banner
Right Banner

Azərbaycanlı qadın polis Almaniyanın “ən çılğın polisi” seçilə bilər - FOTO

05.01.2019 14:56 4 108
Azərbaycanlı qadın polis Almaniyanın “ən çılğın polisi” seçilə bilər - FOTO
Azərbayanlı qız Lana Atakişiyeva Berlin polisində komissar vəzifəsində çalışır və Almaniyanın "ən çılğın polisi” qeyri-rəsmi tituluna namizəddir.

30 yaşlı bakılı qız çox tezliklə Adrienna Kolejara məxsus titulu ələ keçirə bilər. Xanım Kolejar Drezdendə polis əmıkdaşıdır və "İnstagram” səhifəsinin 650 min abunəçisi var.

"Adrienna şux qamətini sosial şəbəkələrdə nümayiş etdirməyi xoşlayır və bundan şou düzəldir, - mənbə qeyd edir. – Çimərlikdə bikinidə çəkdirdiyi xeyli şəkil var. O, əsas işini unudaraq, Maldiv adalarında, Dubayda, Floridada, Nyu-Yorkda və Amsterdamda səyahətlərdə olub. Hüquq-mühafizə orqanlarının 34 yaşlı qadın əməkdaşı sərfəli müqavilələr bağlayaraq, kosmetika və avtomobil reklamlarına çəkilib. Bundan əlavə, yerli televiziyada özünün fitnes-şousunu aparmağa başlayıb.

Lakin 2019-cu ildə hər şey dəyişə bilər. Adrienna elan edib ki, fəal polis xidmətinə qayıdır və bu mənada özünün əsas rəqibi olan Lana Atakişiyeva səddini dəf etməlidir. Bunu bacaracaqmı?

15 il ərzində Lana miqrantlıqdan Berlin polisinin komissarına kimi yol qət edib. Özünün "İnstagram”dakı səhifəsində o da bikinidə, qısa paltarlarda seksual fotoşəkilləri ilə bölüşür, həmçinin məşq vaxtı çəkdirdiyi kadrları paylaşır.

Hələlik "İnstagram”dakı pərəstişkarlarının sayına görə o, Adrienna Kolejara aşkar uduzur. Hazırda Lananın 52 mindən azca çox abunəçisi var. Lakin bu cür cazibədar zahiri görünüşü ilə azərbaycanlı qız tez bir zamanda məşhurlaşa və Almaniyada ən çılğın polis qadın adına yiyələnə bilər. O, müqaviməti qırmağı bacarır. Bunu keçdiyi yol da sübut edir”.

15 yaşında anası ilə Berlinə gələn və almanca bir kəlmə də bilməyən Lana Atakişiyeva haqqında yazılmışdı.

"Məktəbdə şagirdlər mənə istehza edirdilər, - o xatırlayır. – Çox ağlayırdım, lakin hər zaman ailəsini dolandırmaq üçün Bakıda işləyən atamı düşünürdüm. O, yalnız 6 ildən sonra yanımıza gələ bilmişdi.

Heç vaxt dostlarıma vaxtım qalmayıb, amma həmişə nə istədiyimi bilmişəm. Mən polis olmaq arzusunda idim, çünki bu dünyada nəyisə dəyişmək istəyirdim”.

Lana ailəsinə kömək etmək üçün bir müddət ofisiant işləyib, sonra isə Berlin İqtisadiyyat və Hüquq Universitetinə daxil olub və bu ali məktəbin polis xidməti fakültəsində təhsil alıb. Diplom işinin mövzusu isə "Berlin polisində miqrantlar: motivasiya və sədlər” olub. Azərbaycanlı qızdan bəhs edən Almaniya nəşrləri onu "alman cəmiyyətinə uğurlu inteqrasiya”ya nümunə kimi göstərirlər.

Bu gün Lana polis komissarıdır və artıq üç ildir ki, Berlinin Noyköln rayonunun təhlükəsizliyinə cavabdehdir.

///Virtualaz.org





скачать dle 11.3
Mojo.az Banner