Mojo.az Banner
12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |     12:24 MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA  |     12:07 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu  |     12:02 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     12:00 İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda ƏLƏ KEÇDİLƏR - VİDEO  |     11:54 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR  |     11:40 Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı  |     11:39 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO  |     11:37 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA - VİDEO  |     11:32 Maaşlar artdı amma bu problemlər yerində qalacaq — Həkimlərdən AÇIQLAMA  |     11:28 Bakıda avtomobil ağaca çırpıldı, ölən var  |     11:25 Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq  |     11:16 MİDA güzəştli mənzillərin satışına BAŞLADI  |     23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |    
Left Banner
Right Banner

Boris Qraçevski: Bakıda başımıza məzəli əhvalat gəlib

04.01.2019 13:14 3 679
Boris Qraçevski: Bakıda başımıza məzəli əhvalat gəlib
“Yeralaş” jurnalının bədii rəhbəri və rejissoru Boris Qraçevski bu yaxınlarda Bakıda olub.

Median.Az
“Moskva-Baku”ya istinadən xəbər verir ki, B.Qraçevski Azərbaycan paytaxtı ilə bağlı təəssüratlarını bölüşüb.

“Bakıda iki iri və möhtəşəm tədbirimiz var idi. “Yeralaş” uşaqlar üçün ənənəvi konsertlər keçirdi. Bu, unudulmaz idi! Konsertdən sonra isə kastinqlər təşkil etdik. Bir neçə bakılı uşaq dinləmədən uğurla keçdi və bundan sonra “Yeralaş”a çəkiləcəklər. Ümid edirəm ki, bu, yeni – 2019-cu ildə baş tutacaq.

Bakı haqqında onu deyə bilərəm ki, şəhər, sadəcə, heyrətamizdir. Təəssüf edirəm ki, buna qədər şəhərinizdə olmamışam. Bu, özünəməxsus gözəlliyi olan bir şəhərdir. Bu şəhərdə pis adam yoxdur, hər halda nə mən, nə də həyat yoldaşım belələrinə rast gəldik. Tədbirlərdən sonra yoldaşımla Bakı küçələrində gəzintiyə çıxanda bizə gözlərindən nur saçan insanlar yaxınlaşırdı. Onlar Azərbaycanda “Yeralaş”a baxdıqlarını və çox sevdiklərini bildirirdilər. Bu, həqiqətən, mənə çox xoş təsir bağışladı.

Biz möhtəşəm şəkildə inşa olunmuş Heydər Əliyev Mərkəzində olduq, çox maraqlı sərgiyə tamaşa etdik. Bu hissləri sözlə ifadə etmək olmur, “yüz dəfə eşitməkdənsə, bir dəfə gəlib-görmək yaxşıdır” – bu sözlər, həqiqətən, Bakı üçün keçərlidir. Yenidən Bakıda olmaq ümidi ilə, çox xoş təəssüratlarla Azərbaycandan ayrıldıq.

Bakıda hoteldə başımıza çox məzəli hadisə də gəldi. “Yeralaş”ın inzibatçılarından biri mənimlə idi, - yeri gəlmişkən, o azərbaycanlıdır. Məni aeroportda qarşılayıb, bir neçə manat verdi. Həmin pulların nə qədər etdiyini bilmirdim. Ona görə hotelə gələndə həmin pulları yükdaşıyana verdim. Sonradan məlum oldu ki, bu, 20 dollar təşkil edir. Hoteldə hamı mənim pulunu sağa-sola xərcləyən biri olduğumu düşünürdü.

Bakıya ilk səfərim olmasına baxmayaraq, çoxlu azərbaycanlı dostlarım var, Azərbaycandan olan tanınmış artistlərlə dostluq edirəm. Polad Bülbüloğlu ilə yaxın münasibətlərimiz var. O, yaxşı qalıb, gözəl və savadlı insandır”.скачать dle 11.3
Mojo.az Banner