Mojo.az Banner
23:00 Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - Video  |     22:30 https://youtu.be/L3z77U64oZo?si=RbhIetcR0UsQfF9h  |     22:20 Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Kəskin bahalaşacaq?  |     21:59 Hikmət Hacıyev: Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir  |     21:42 Bakıda hava pisləşəcək - Bu tarixdən  |     21:30 Gənc boksçu faciəvi şəkildə ÖLDÜ  |     21:18 20 illik fəaliyyətə son: General-leytenant Etibar Mirzəyev vəzifədən azad edilməsindən danışdı  |     21:05 Hakimlərin Seçki Komitəsinin məlumatı  |     21:04 "14 fevral milyardlarla dollarlıq dövriyyə yaradır" - İqtisadçı  |     20:57 Çoxmənzilli binalarda idarəetmə problemi  |     20:49 Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi - Video  |     20:44 "Hyundai" mopedlə toqquşdu: 17 yaşlı gənc xəsarət aldı  |     20:26 Sumqayıtda 11500 manatlıq dələduzluq edən 68 yaşlı kişi TUTULDU  |     20:18 Bakıda böyük REYD: qayda pozanlar cərimələndi - Video  |     20:05 Gənc boksçu faciəvi şəkildə öldü  |     19:54 Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı, iş açıldı  |     19:47 Bütün ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı  |     19:39 Natrium əvəzinə litium: Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər  |     19:36 Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır  |     19:28 Azərbaycan Premyer Liqası: "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazandı  |    
Left Banner
Right Banner

İlham Əliyev və Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər - FOTO

24.09.2025 16:51 417
İlham Əliyev və Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər - FOTO
Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp deyib: Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz.

Prezident İlham Əliyev: Daha da çox.

Prezident Donald Tramp: Bundan da çox?

Prezident İlham Əliyev: 30 ildən artıq. Siz möcüzə yaratdınız, cənab Prezident. Təşəkkür edirəm.

Prezident Donald Tramp: Mən bir neçə dost qazandım. Təşəkkür edirəm. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz, həqiqətən, yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər.

Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik, ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu, həqiqətən, Sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən, yaxşıdır. Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur? Heç nə yoxdur?

Prezident İlham Əliyev: Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu.

Prezident Donald Tramp: Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız.

Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə, demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq.

Birinci xanım Melaniya Tramp: Mən bu gün günorta "Gələcəyi birlikdə qurmaq" adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il birinci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq. Təşəkkür edirəm.скачать dle 11.3
Mojo.az Banner