Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkmənistan prezidenti oğlunu vəzifədən uzaqlaşdırdı

03.01.2019 13:05 4 242
Türkmənistan prezidenti oğlunu vəzifədən uzaqlaşdırdı
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar yanvarın 2-dən etibarən xarici işlər nazirinin müavini vəzifəsindən uzaqlaşdırılıb. O, hazırda Axal vilayətinin sədrinin müavini vəzifəsini icra edir.

Median.Az
TDH saytına istinadən xəbər verir ki, bununla bağlı Türkmənistan prezidenti sərəncam imzalayıb.

Axal vilayəti keçmiş Aşqabad vilayətidir, onun mərkəzi əvvəllər Aşqabad şəhəri olub, daha sonra isə Annauya köçürülüb.

Q.Berdiməhəmmədovun noyabrda açıqladığı plana görə, bu vilayətdə Aşqabaddan geri qalmayan yeni inzibati mərkəz inşa ediləcək.

Qeyd edək ki, S.Berdiməhəmmədov 1981-ci ildə doğulub. Qurbanqulu Berdiməhəmmədovun Sərdardan başqa, üç qızı və dörd nəvəsi var.

Son xəbərlər