Mojo.az Banner
11:28 Bakıda avtomobil ağaca çırpıldı, ölən var  |     11:25 Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq  |     11:16 MİDA güzəştli mənzillərin satışına BAŞLADI  |     23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |    
Left Banner
Right Banner

“Yaşıl dəhliz” sistemindən istifadə qaydaları məlum olub - YENİ QANUN

22.12.2018 14:49 3 680
“Yaşıl dəhliz” sistemindən istifadə qaydaları məlum olub - YENİ QANUN
Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması, ləğvi və bərpası qaydası açıqlanıb.

Qaydalar Gömrük Məcəlləsi, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” əsasında hazırlanıb.

Məqsəd qanuna əməl edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini gücləndirməkdir.

Eyni zamanda gömrük rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirməkdir.

“Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi – bu Qaydanın tələblərinə və şərtlərinə uyğun olaraq müəyyən hüquqları əldə etmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

“Ticarətin Asanlaşdırılması Mərkəzi” isə xarici ticarət iştirakçılarına daha yüksək xidmət göstərilməsi üçün asanlaşdırılmış gömrük rəsmiləşdirilməsi, logistika və digər xidmətlərin vahid məkanda, əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün müəyyən olunmuş gömrük nəzarəti zonası olacaq.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər:

- idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 (bir) il ərzində təcrübəsi olan;

- gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;

- daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan (bundan sonra – anbar) istifadə edən;

- qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda dayandırır:

- “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə,

- idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi tələblərə riayət etmədikdə.

Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ 3 ay, lakin 12 aydan çox olmamaqla dayandırılır.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti dayandırılması barədə qərar qəbul etdiyi gündən bir iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən ən azı 30 gün əvvəl şəxsə məlumat verməlidir.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar bu qaydanın 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırıldıqda, şəxsin müraciətinə əsasən, istifadə hüququ bərpa edilir və bu barədə qəbul edildiyi gündən 1 iş günü müddətində şəxsə və aidiyyəti üzrə digər qurumlara məlumat verilir.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda ləğv edir:

- “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə,

- “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almaq üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatların olduğu aşkar edildikdə,

- hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya vəfat etdikdə,

- idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi 12 (on iki) ay ərzində idxal-ixrac əməliyyatı aparmadıqda,

- “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan cinayəti törətdikdə,

- “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına əsas olmuş səbəblər bu qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmadıqda.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi haqqında qərar qəbul etdiyi gündən 1 iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən əvvəl şəxsə ən azı 30 gün əvvəl məlumat verməlidir.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilən şəxs bu barədə qərar qəbul edildikdən ən azı 6 ay sonra yenidən bu hüququ əldə etmək üçün müraciət edə bilər.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilən, dayandırılan, bərpa və ya ləğv edilən şəxslərin elektron qaydada uçotunu aparır və bu məlumatlar Komitənin saytında yerləşdirilir.//oxu.azскачать dle 11.3
Mojo.az Banner