Mojo.az Banner
12:23 Dövlət Məşğulluq Agentliyində YENİ TƏYİNATLAR  |     12:00 İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı  |     11:42 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollar bağlanır - SƏBƏB  |     11:36 Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq  |     18:15 Tbilisi polisi Əfqan Sadıqovu saxlayıb, Azərbaycana deportasiya olunub  |     23:02 Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - Video  |     22:57 Bakıda yeni “moll” tikiləcək  |     22:48 Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə  |     22:43 Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı  |     22:37 Çəpiş əti neçəyə satılır və tələbat varmı? (Video)  |     22:30 Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?  |     22:24 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olundu  |     22:19 Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     22:13 Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir  |     22:00 Yardımlıya dolu düşüb, bu ərazilərə qar yağır  |     22:00 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? (VİDEO)  |     21:54 Müəllimlərin əməkhaqları yenidən arta bilər - Yeni təklif (Video)  |     21:49 Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?  |     21:41 Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu  |     21:36 Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?  |    
Left Banner
Right Banner

Yük maşınları və daşınan malların ölkəyə daxil olma qaydası təsdiqlənib

10.09.2021 21:15 792
Yük maşınları və daşınan malların ölkəyə daxil olma qaydası təsdiqlənib
Yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların Azərbaycan ərazisinə daxil olması qaydası müəyyənləşib.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla, yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olması zamanı sərhəd və gömrük nəzarəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:

sərhəd mühafizə orqanları yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların DSBM-in ərazisinə daxil olmasını təmin edirlər;

yük nəqliyyat vasitələri, onlarla daşınan mallar, həmçinin sürücülər üzərilərində radioaktiv maddələrin mövcudluğunun yoxlanılması məqsədilə sərhəd mühafizə orqanları tərəfindən portal radiasiya monitorlarından keçirilir;

yük nəqliyyat vasitələrinin və onlarla daşınan malların çəki göstəricilərinin gömrük orqanları tərəfindən müəyyən edilməsi məqsədilə yük nəqliyyat vasitələri yoxlama tərəzilərindən keçirilir;

yük nəqliyyat vasitələrinin sürücüləri və həmin nəqliyyat vasitələrində ola biləcək sərnişinlər sərhəd mühafizə orqanları tərəfindən sərhəd nəzarəti kabinələrinə istiqamətləndirilir və yük nəqliyyat vasitələrinin sürücüləri, həmçinin yük nəqliyyat vasitələri barədə məlumatlar İAMAS-a daxil edilir;

sərhəd nəzarəti başa çatdıqdan sonra yük nəqliyyat vasitələrinin sürücüləri barəsində gömrük nəzarəti həyata keçirilir;

malların və nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən VAİS-də qeydiyyatı bunun üçün xüsusi olaraq ayrılmış yerlərdə aparılır və baxış və eyniləşdirilmə üzrə işlər həyata keçirildikdən sonra malların və nəqliyyat vasitələrinin təyinatı üzrə çatdırılmasına icazə verilir.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almış şəxslərin adına malları gətirən nəqliyyat vasitələrinin gömrük nəzarəti üzrə qeydiyyat və baxış əməliyyatları birincilik qaydasında, bunun üçün müəyyən olunmuş yerlərdə aparılır.

Sərhəd mühafizə və gömrük orqanları tərəfindən yük nəqliyyat vasitələrinə baxış keçirilməsi məqsədilə səlahiyyətləri daxilində, qarşılıqlı əlaqədə aşağıdakı hərəkətlər yerinə yetirilir:

yük nəqliyyat vasitələrinin kabinələrinin və digər hissələrinin yoxlanılması;

plombların, möhürlərin, bağlayıcı qurğuların və digərlərinin bütövlüyünün və etibarlılığının yoxlanılması;

yük bölmələrinin bütövlüyünün (tentlərin, trosların və s.) yoxlanılması;

malların daşınması gömrük təminatı olmayan nəqliyyat vasitələri ilə həyata keçirildikdə, mallara baxış keçirilməsi.

Göstərilən hallar üzrə uyğunsuzluqlar aşkar edildikdə, nəqliyyat vasitələrinin buraxılışı yalnız həmin uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra təmin edilir.

Yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların üzərində sərhəd və gömrük nəzarəti başa çatdıqdan sonra onların buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
скачать dle 11.3
Mojo.az Banner