Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda keçmiş arvadını və qayınanasını öldürən şəxs ömürlük cəza alıb

20.12.2018 18:06 3 831
Bakıda keçmiş arvadını və qayınanasını öldürən şəxs ömürlük cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Ramin İsmayılovun CM-nin 120.2.4-cü (xüsusi amansizlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməsi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il mayın 22-də Xətai rayonu, Naximov küçəsində Ramin İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı (1987-ci il təv.) və onun anası Mahirə İsgəndərovanı (1954-cü il təv.) çoxsaylı bıçaq zərbələri ilə qəsdən həyatdan məhrum edib. Bundan sonra o paytxatı tərk edib və Ağdam RPŞ-nə gedərək, təslim olub. Bundan sonra o, Xətai RPİ-nin əməkdaşlarına təhvil verilib, fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Məlum olub ki, mərhum G.İsgəndərova orta məktəbdə müəllimə işləyib, nigahdan onların bir övladı olub. G.İsgəndərova və ailəsi Laçın rayonundan, cinayəti törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner