Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakını çirkləyən şəhər sakinləri – VİDEO

15.12.2018 14:14 2 859
Bakını çirkləyən şəhər sakinləri – VİDEO
Günü-gündən gözəlləşən, müasirləşən və turistlərin axın etdiyi şəhərimizdə bəzən xoşagəlməz anlar yaşanır. Bunu edənlər isə elə paytaxtın öz sakinləridir.

Onların bəziləri zibili eyvandan birbaşa yerə atırlar. Bu isə həm sənə, həm də sənə məxsus əmlaka çox ciddi ziyan vura bilər.

Median.Az-ın xəbərinə görə, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sonuncu belə bir hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində baş verib. Avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Binanın eyvanından içi tullantılarla dolu sellofan torba avtomobilin üzərinə atılıb. Nəticədə maşının arxa şüşəsi sınaraq yararsız hala düşüb.

Dünyanın bəzi ölkələrində şəhəri zibilləyən, zibili eyvandan atanları ictimai qınaq məqsədilə küçədə gəzdirirlər, adamlara göstərirlər. Avropa ölkələrində müxtəlif miqdarda cərimələr tətbiq edilir. Ekspertlər ölkəmizdə də belə metodlardan istifadəni zəruri sayır.

“Yalnız və yalnız cərimələri artırmaq, ictimai qınağı gücləndirmək lazımdır. Eyni zamanda insanların özləri qonşuya, o zibilləri atan şəxslərə bir nəzarət edib, onlarla bağlı aidiyyəti dövlət qurumlarına şikayət etməlidir”, - deyə kulturoloq Aydınxan Əbilov deyib.

Belə hallarda dəyən ziyana görə, sığorta məsələsi də gündəmə gəlir. Sığorta mütəxəsisləri insanlara əmlaklarını bazar dəyərində sığortalatdırmağı məsləhət görür. Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına müraciət edib, ona dəyən ziyanın ödənilməsini tələb edə bilər.

Bir sözlə, özümüzə bir az əziyyət verib, zibili eyvandan yox, zibil qutusuna ataq ki, artıq xərcə düşməyək. Bu həm də, bizim mədəniyyətimizin göstəricisidir.


Son xəbərlər