Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Alimlər qadjetlərin uşaqlara təsiri barədə

11.12.2018 12:24 5 023
Alimlər qadjetlərin uşaqlara təsiri barədə
Alimlər qadjetlərdən istifadənin uşaqların zehni inkişaf prosesinə mənfi təsir göstərdiyini müəyyən edib. Eksperimentdə 9-10 yaşlarında məktəblilər iştirak edib.

Median.Az
“Moyka78” portalına istinadən xəbər verir ki, alimlər xüsusilə kompüter oyunları və internetin uşaqlarda beyinin inkişafını ləngitdiyini ortaya çıxarıb.

Eksperiment aparan ABŞ Milli Səhiyyə İnstitutunun mütəxəssisləri bunun üçün 4 min 400-ə yaxın uşağı müayinədən keçirib.

Maqnit-rezonans tomoqrafiya müayinəsinin nəticələri kəllə-beyin qabığının (daxil olan siqnallara reaksiya verən və intellektual inkişafa cavab verən ən həssas beyin hissəsi) nazikləşdiyini təsdiqləyib.

Uşaq kompüter oyunları oynadıqda, onda izafi dərəcədə “dofamin” - həzz hormonu ifraz olunur. Qanda dofamin miqdarının artması psixi və fiziki pozuntulara yol aça bilər.

Yeni tədqiqat göstərir ki, mühazirə otağında telefonların olması qiymətləndirməni aşağı sala bilər. Alimlər müəyyən edib ki, dərslərdə telefon və noutbuklardan istifadəyə icazə verildikdə, yekun imtahanlarda tələbələr beş faiz daha aşağı nəticə göstərir.

Son xəbərlər