Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda biznesmeni öldürən killer Moskvada tutuldu

05.12.2018 15:15 1 985
Azərbaycanda biznesmeni öldürən killer Moskvada tutuldu
Moskvanın cənub-qərbində Azərbaycanda bir neçə sifarişli qətl törətməkdə şübhəli bilinən killer İlya Şabanov saxlanılıb.

Bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Şabanov 2012-ci ildə biznesmen Rauf Həsənovun qətlindən sonra beynəlxalq axtarışa verilib. Sonuncunun cəsədi 2010-cu ilin mayında Bakıdan 70 kilometr şimalda Xızı rayonunun ərazisində tapılıb. Killerə qarşı odlu silah və partlayıcı maddədən istifadə etməklə sui-qəsd maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın məlumatına əsasən, 2009-cu ilin oktyabr ayında Bakı sakini R.Həsənov öz avtomobilində evindən çıxıb və bir daha qayıtmayıb. Noyabrın 5-də aonun avtomobili Qubada yandırılmış vəziyyətdə aşkarlanıb. Həsənovun cəsədi isə may ayında su kanalında tapılıb.

İstintaq müəyyən edib ki, qətli digər iştirakçısı “Ayna” nəşriyyatının rəhbəri Fərhad Süleymanovdur. O, 2010-cu ilin fevral ayında ölkədən qaçmaq istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Axtarışlar zamanı onun evində İtaliya istehsalı olan tapança və yeddi güllə aşkarlanıb.

Süleymanov istintaqa ifadəsində bildirib ki, öldürülən Həsənov və Moskvada yaşayan iş adamı Mustafa Aslanov arasında birgə fəaliyyət nəticəsində əldə edilən beş milyon dolların bölüşdürülməsi zamanı mübahisə yaranıb. Aslanov partnyorunu öldürmək qərarına gəlir, və bunun üçün Azərbaycana tanışı İlya Şabanovu göndərir.

2009-cu ilin oktyabrın 31-də Şabanov Nərimanov rayonunda Həsənov və Süleymanovla görüşüb, onu Görədildəki evə gətirərək güllələyib. İzi itirmək üçün qatillər cəsədi Samur-Abşeron kanalına atıblar. Bundan sonra Süleymanov Həsənovun avtomobilini Qubaya aparıb və yandırıb.

Hazırda Şabanovun Azərbaycana ekstradisiya məsələsi həll olunur. Süleymanov isə 2012-ci ildə 14 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner