Bakının balıq bazarından dəhşətli fakt – Nəcis axıdılan göllərdə yetişdirilirmiş » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |     22:46 Məcnun Məmmədov koronavirusa yoluxub  |     22:38 Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib  |     22:30 Ramaldan danışıb ağladı - VİDEO  |     22:23 Azərbaycanın Su-25 təyyarələrinin qatıldığı “Anadolu Ankası-2025” beynəlxalq təlimi başlayıb - YENİLƏNİB  |     22:15 ANAMA-nın vəzifəli şəxsi bu səbəbdən işdən çıxarıldı  |     22:07 Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı  |     22:00 Piknikə gedəndə bu rəng paltarlar geyinməyin - Gənə yapışacaq  |     21:52 Bu şəxslərə mənzil veriləcək  |     21:49 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     21:45 Döyülərək öldürülən Elgünün atası DANIŞDI - VİDEO  |     21:38 Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü  |     21:30 Daşkəsənə dolu yağıb  |     21:18 10 əlamət hormonal balanssızlığı göstərə bilər  |     20:57 Bakıda 128 yaşlı tarixi bina sökülüb?  |     20:41 Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş  |     20:24 Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu  |     20:19 Bu ilin I rübündə yanğında həlak olanların sayı açıqlandı  |     20:10 Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı  |     19:59 Bu ölkələri seçməklə xaricdə ödənişsiz təhsil ala bilərsiniz - SİYAHI  |    

Bakının balıq bazarından dəhşətli fakt – Nəcis axıdılan göllərdə yetişdirilirmiş

“Azərbaycanda balıq resursları ayrı-ayrı məmurların ayağı altındadır”.

Bu barədə modern.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövsümlə bağlı balığa artan tələbat və balıq satışı bazarındakı problemlərdən danışarkən deyib.

“Dəniz şəhərində keyfiyyətli balıq tapmaq müşkülə çevrilib”

E.Hüseynov bildirib ki, Bakı dəniz şəhəri olsa da, burada vəziyyət ürəkaçan deyil:

“Bakı dəniz kənarında yerləşsə də, Cənubi Afrikanın Durban şəhəri, Fransanın Marsel şəhəri, Portuqaliya, o cümlədən İstanbul və digər dənizkənarı şəhərlərindəki kimi balıq yarmarkaları keçirilmir. Burada keyfiyyətli balıq tapmaq müşkül məsələdir.

Hazırda balıqların harada və necə gəldi satıldığını görürük. Əksər hallarda istehlakçıların hüquqları pozulur. Əhali bilməlidir ki, balıqlar buzlaşdırılmış soyuducularda satılmalıdır. Balıq nə qədər qida üçün əhəmiyyətli olsa da, bir o qədər də təhlükəli məhsuldur. Sudan çıxarılandan dərhal sonra buzlaşdırılmış şəkildə satılmalıdır. Ümumiyyətlə, Azərbaycan xalqı balığın üzünə həsrət olası xalqdır. Bunun səbəbini də deyim.

Mən gənclik illərində Sabirabad rayonundakı kənddə müəllim işləyirdim. Bir də xəbər gəldi ki, böyük su hövzəsindən balıq axır. Məlum oldu ki, mexanizator 10-15 balıq tutmaq üçün su hövzəsinə zəhər töküb. 3 gün ərzində mənim gözümün qabağında su ağappaq axırdı. Balıqlar öləndə qarnı üstə çevirildiyinə görə ağ görünürdü. Ərazinin sahə müvəkkililə mübahisəmiz düşdü. Həmin vaxt partiyaya yeni keçmişdim. Mübahisə zamanı sahə müvəkilinin bir düyməsi qırıldığına görə mənim partiyadan çıxarılma məsələmi qaldırdılar. O dövrdən 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq, həmin ərazilərdə mexanizatorların eyni işlərlə məşğul olduğunu xəbər alıram. Suya zəhər tökəndə balıqlar zəhərlənib üzə çıxır. O dəhşətli bir mənzərədir. Böyükləri tuturlar, balacalar da tələf olub gedir. Son illər zəhər atsalar da, balıq tuta bilmirlər. Çünki hövzədə balıq tükənib. Bu cür, eyni zamanda tokla balıq tutmaq çox dəbdədir”.

“Balıqları his əvəzinə maşın şininə verirlər”

Hüquq müdafiəçisi bildirib ki, hisə verilmiş balıqların hazırlanması da bəzən təhlükəli xarakter alır:

“Azərbaycanda balıqların hisə verilməsi zamanı maşın şinlərinin yandırıldığının da şahidi olmuşuq. Məhz bu cür hallarda zəhərlənmələr baş verir. Təhlükəsiz balıq satışı buzxanalarda olur. Müşahidələrimə əsasən deyə bilərəm ki, “Yaşıl bazar”dakı balıqların saxlanma şəraiti qaneedicidir.

Sırağagün “Təzə bazar”da vizual monitorinq apardım. Deməli, orada qadağan olunmuş hər cür balıq satılır. Qara balıq kürüsündən tutmuş nəsli kəsilməkdə olan nərəyə qədər. Bu o deməkdir ki, balıq resursları ayrı-ayrı adamların, ayrı-ayrı məmurların ayaqları altına atılıb”.

“Sabiq nazirin də bundan xəbəri var idi”

E.Hüseynov sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun da dəfələrlə neqativ halların şahidi olduğunu deyir:

“Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyində İctimai şuranın üzvüyəm. Keçmiş nazir Hüseyn Bağırov özü şəxsən nəql edib mənə. Bildirib ki, Bakı-Quba yolundan avtomobillə keçərkən, əllərində balıq satan adamlar görüb. Məlum olub ki, onların satdıqları nərə balıqlarıdır. Sabiq nazir bildirirdi ki, nazirlik həmin balıqları yetişdirib dənizə buraxır. Balıqlar dənizə tam öyrəşmədiyindən sahilə yaxın üzürlər. Brokenerlər də bundan istifadə edib böyüməyən balıqları tutub satırlar. Vəziyyət elə indi də bu cür davam edir. Bütün bunlar ictimaiyyətin, rəsmi orqanların gözü qarşısında baş verir. Balıq resursları tükənir, eyni zamanda satışda olanların sağlamlığa xeyrindən çox zərəri var. Düşünürəm ki, Azərbaycan Qida Təhlükəsziliyi Agentliyi bu işi qaydasına salmalıdır”.

“Süni göllərə nəcis axıdılır”

E.Hüseynov süni göllərdə süni şəkildə yetişdirilən balıqlarla bağlı fikirlərini də bölüşüb:

“Onların broyler toyuqlarından fərqi yoxdur. Onlara süni qidalar, geni modifikasiya olunmuş yemlər verilir. Keçən il bizə şikayət gəldi ki, Sabirabad rayonunda süni göllərə insan nəcisi tökülür. Biz dövlət orqanları qarşısında məsələ qaldırdıq. Amma nəzərə alan olmadı. Süni göllərdə yetişdirilən balıqlara xüsusi antibiotiklər, baytarlıq dərmanları verilir. Ona görə də əhali bilməlidir ki, baytarın əli çatan hər şey təhlükəlidir. Balıqların orqanizmində həmin dərmanların qalıqları qalır. Bununla belə, həmin balıqlar vətəndaşlara dəniz balığı adı ilə satılır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 747 01.12.18 16:47