16:00 Qafqazda İLK - Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi  |     15:52 Hazırda Xocalının 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır  |     15:29 Ermənistan Naxçıvana gedən dəmir yolu üçün maliyyə ayırmadı  |     15:26 Salyanda xoşagəlməz hadisə: Pulu itdiyi üçün şagirdin pulqabısını yoxlayan müəllim CƏZALANDIRILDI  |     14:20 ABŞ-nin hava nəqliyyatında ciddi problemlər qeydə alınır  |     14:19 Azərbaycanda məktəblilərin intim videoları yayıldı  |     14:00 Sumqayıtdan Bakıya hərəkət edən avtobusun hərəkət sxemi dəyişdirilir  |     13:54 Əvvəllər insan alveri cinayətlərinə görə məhkum olunmuş şəxs narkotiklə ƏLƏ KEÇDİ  |     13:46 Suraxanıda 12 minlik dələduzluq - Saxlanılan var  |     13:37 Ceyhun Bayramov Peter Siyarto ilə görüşdü  |     13:20 DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI  |     12:56 Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan hakeri ifşa etdi - Video  |     12:50 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilir  |     12:48 Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb (Yenilənib)  |     12:31 Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdəki maddə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər  |     12:11 "OpenAI"dən iddialı hədəf: Şirkət dəyərini 1 trilyon dollara çatdıracaq  |     12:07 Balıkesirdə yenə zəlzələ oldu  |     12:06 Naxçıvanda insanları Bakıdan avtomobil gətirmək vədi ilə aldadan şəxs SAXLANILDI - Video  |     11:53 "Moskva" univermağında hansı qanunsuz işlər aparılıb? - AÇIQLAMA  |     11:47 Bakıda tanınmış müğənninin faciəli ölümünün TƏFƏRRÜATI (Yenilənib)  |    

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Azərbaycan Mətbuat Şurası nekroloq yayıb.

Median.Az
xəbər verir ki, Şuradan Trend-ə verilən məlumata görə, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasına və incəsənətinə ağır itki üz verib. “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” mükafatı laureatı Rafiq Məmməd oğlu Salmanov 2018-ci il noyabrın 28-də ömrünün 69-cu ilində dünyasını dəyişib.

Rafiq Salmanov 1949-cu ildə Bakıda anadan olub. Orta məktəb illərindən bədii yaradıcılığa maraq göstərib. İncəsənət sahəsində ixtisas təhsili aldıqdan sonra bir müddət paytaxtın mədəni-maarif ocaqlarında çalışıb.

Bədii fotoqrafiya sahəsində ərsəyə gətirdiyi seçilən nümunələr, mədəniyyət mövzusunda ilk qələm təcrübələri və qəzet-jurnal redaksiyaları ilə sıx əlaqələri çox keçmədən Rafiq Salmanovu jurnalistikaya gətirib. Bu sahədə çoxillik fəaliyyətə “Azərbaycan pioneri” uşaq qəzetində başlamış fotojurnalist sonrakı illərdə fəaliyyətini “Azərbaycan qadını” jurnalında və “Vışka” qəzetində davam etdirib. Fotojurnalistika sahəsində uğurları və musiqi incəsənəti ilə bağlı silsilə yazıları ilə diqqəti cəlb etmiş R.Salmanov müstəqilliyin ilk dövründən “Xalq qəzeti”nin redaksiyasına dəvət alıb, ömrünün sonunadək burada çalışıb.

Milli müsiqimizin klassik ifaçılıq məktəbləri, tanınmış simaları, uğur və inkişaf meylləri barədə çoxsaylı yazıları, ölkənin son 40 illik həyatının müxtəlif sahələrinin görüntülü salnaməsinə çevrilmiş fotoreportyorluq fəaliyyəti Rafiq Salmanova geniş auditoriyada populyarlıq və professionallıq nüfuzu qazandırıb. Onun incəsənətlə bağlı yazılardan ibarət 4 kitabı Azərbaycanda jurnalist tədqiqatının ən yaxşı örnəkləri sırasında yer alıb, çoxsaylı foto nümunələri isə ölkəmizdə və xaricdə sərgilənib. Təcrübəli jurnalist və səriştəli müsiqiçi kimi Rafiq müəllim Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi muğam müsabiqələrinin və digər incəsənət layihələrinin fəal təbliğçilərindən olub.

Jurnalistika və mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərə görə Rafiq Salmanova Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi adı verilib, yaradıcılıq uğurları müxtəlif mükafatlara layiq görülüb.

Tanınmış jurnalist və müsiqiçi, fəal vətəndaş, gözəl insan Rafiq Salmanovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Bu fikri bu gün mərhum jurnalisti yaşadığı Əli bəy Hüseynzadə küçəsindəki evin həyətindən son mənzilə yola salmış sənət dostları çox dərin üzüntü ilə dilə gətiriblər. Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin və “Xalq qəzeti” redaksiyası təmsilçilərinin vida mərasimindəki çıxışlarında R.Salmanovun jurnalistika və musiqi incəsənəti qarşısındakı xidmətləri yada salınıb, ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!"

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 377 29.11.18 17:19