Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |     16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |    
Mojo.az Avto
Mojo.az Avto

Kəmər taxmayanlara pis xəbər – VİDEO

29.11.2018 16:50 2 655
Kəmər taxmayanlara pis xəbər – VİDEO
Əvvəllər avtomobillərin sığorta olunmaması, texniki baxışdan keçməməsi kameralara düşürdüsə, indi təhlükəsizlik kəmərindən istifadə etməyənləri də kameralar üzə çıxarır.

ARB TV xəbər verir ki, məhdud sayda olan “ağıllı” kameralar indi demək olar ki, paytaxtın bütün ərazilərində quraşdırılıb. Lakin, keçirilən sorğu nəticəsində məlum olur ki, sürücülərin əksəriyyəti bundan xəbərsizdir.

Təhlükəsizlik kəmərini taxmadığınız üçün kameraya düşürsünüz və cərimələndiyinizi bilirsiniz?

Sürücü: “Xeyr, məlumatım yoxdur”.

Sürücü: “Xəbərim yoxdur”.

Elməddin Muradlı – ekspert: “Düşünürəm ki, bu sahədə təbliğat işləri aparmaq lazımdır. Videoroliklər hazırlanmalıdır. KİV-lər vasitəsilə təbliğ edilməlidir. Əksər sürücülərin bundan xəbəri yoxdur”.

Məsələdən xəbərdar olan bəzi sürücülər isə, kameraya düşməməkçün tünd geyimlər geyinirlər. Lakin, bu, vəziyyətdən çıxış yolu deyil.

BŞDYPİ-nin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə “ağıllı” kameraları bu şəkildə aldatmaq mümmkünsüzdür.

Vaqif Əsədov - BŞDYPİ-nin bölmə rəisi: “Bu istiqamət üzrə tərəfimizdən tədbirlər görülür. Sürücülər düşünməsinlər ki, ərazidə polis əməkdaşı yoxdursa, demək xəta törətmək mümkündür. Kameralar vasitəsilə xətalar dərhal qeydə alınır, elektron vasitəsilə qərarlar qəbul edilir”.

Təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülər üçün cərimə məbləği 40 manat təşkil edir.

Son xəbərlər