Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bakı qışa hazırlaşır - FOTO

27.11.2018 13:16 3 587
Bakı qışa hazırlaşır - FOTO
2018-2019-cu ilin payız-qız mövsümünə hazırlıqla bağlı Bakı şəhər icra hakimiyyətində müvafiq sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub və xüsusi qərargah yaradılıb.

Median.Az
xəbər verir ki, bu haqda “Azərbaycan” qəzetinə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov bildirib.

Paytaxt rayonlarına Bakı Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb.

“Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi payız-qış mövsümü ilə bağlı tədbirlər planlarını hazırlayaraq qərargaha təqdim ediblər. Adıçəkilən təşkilatların mövsümi tədbirlərlə bağlı görəcəkləri işlər qərargah tərəfindən koordinasiya olunacaq.

Ayaz Hüseynovun sözlərinə görə, hazırda qərargah üzvləri mütəmadi olaraq toplaşır və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarını müzakirə edirlər. Görülən işlərin əsas məqsədi qış aylarında şəhər sakinlərinin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsinə nail olmaqdır.

İH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov deyib ki, idarənin balansında olan qış texnikası və nəqliyyat vasitələri bokslardan bayıra çıxarılaraq start vəziyyətinə gətirilib:

“İdarənin anbarında hazırda 2000 ton texniki duz var. Gələcəkdə əlavə olaraq daha 1000 ton duzun alınması nəzərdə tutulub. Oktyabr ayında 300 ton duz alınaraq anbarlara yığılıb. Bundan başqa, qum ehtiyatları da kifayət qədər yaradılıb”.





Son xəbərlər