Mojo.az — elanlar
Son Xəbərlər
22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Abel Məhərrəmovun səfir oğlu ilə bağlı - RƏSMİ AÇIQLAMA

23.11.2018 13:15 1 889
Abel Məhərrəmovun səfir oğlu ilə bağlı - RƏSMİ AÇIQLAMA
Xarici İşlər Nazirliyi (XİN) Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Median.Az
-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Qafqazinfo-ya müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir:

“Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır”.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun şəxsi biznesinin olub-olmaması barədə sualı cavablandıran XİN rəsmisi qeyd edib ki, bu məsələlər Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunu və Korrupsiyaya qarşı Mübarizə Qanununda öz əksini tapıb.

Qeyd olunan hüquqi sənədlərə əsasən, dövlət qulluqçularına dövlət qulluğu ilə əlaqədar müəyyən fəaliyyət məhdudiyyətləri qoyulur və bu sırada dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmamaq qeyd olunur.

“Səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığına gəldikdə, bizdə bu barədə məlumat yoxdur və bununla bağlı suallar Səfir A.Məhərrəmova ünvanlana bilər”,- deyə o qeyd edib.

Leyla Abdullayeva İspaniyada keçirilən tədbirlə bağlı Bakıdan iki ton ağırlığında diplomatik yükün göndərilməsi məsələsinə aydınlıq gətirərək qeyd edib ki, XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib.

Son xəbərlər