Mojo.az Banner
23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |     22:22 İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik  |     22:16 Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ  |     22:01 Nazirdən Tural Kərimovla bağlı ƏMR  |     22:00 Ukrayna-Rusiya cəbhəsində atəşkəs başladı  |     21:58 Keçmiş ədliyyə naziri vəfat etdi  |     21:16 "İlham baba mənə "KamAZ" göndərdi" - Video  |     20:51 İmişlidə ev sahibi ilə birgə yandı  |     20:48 Türkiyədə zəlzələ oldu  |     20:48 Kür çayında suyun səviyyəsi artıb  |     20:27 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI  |     20:19 Məşhur reper xərçəngdən öldü  |     20:14 Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi  |     20:08 500 milyard dollarlıq qızıl ehtiyatlarını gizlədən nəhəng geoloji sistem  |     20:01 İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?  |    
Left Banner
Right Banner

Kassaya çek vurmamaq baha başa gələcək - CƏRİMƏLƏR

23.11.2018 12:42 2 645
Kassaya çek vurmamaq baha başa gələcək - CƏRİMƏLƏR
Vergilər Nazirliyi nağd pul hesablaşmaları qaydalarının pozulmasına görə vahid dərəcənin tətbiq edilməsini təklif edir.

Kassa çekini vurmamaq, ödəniş vasitəsi kimi xarici valyutanın qəbul edilməsi kimi hallarda ciddi cərimələr tətbiq ediləcək.

Vergi Məcəlləsinə dəyişikliklərdə göstərilir ki, ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisi məsuliyyət daşıyır.

Təqvim ilində birinci pozuntu faktı üzrə min manat (hazırda 400 manat), təkrar pozuntu faktı üzrə üç min manat (hazırda 800 manat), təqvim ili ərzində üçüncü və növbəti pozuntu hallarında altı min manat (hazırda 1,2 min manat) məbləğində sanksiyanın tətbiq edilməsi təklif olunur.

Bundan başqa, nazirlik vergi məbləğinin azaldılmasına, eləcə də, büdcəyə köçürülməli olan vergi məbləğini ödəməkdən yayınmaya görə yeni sanksiya dərəcəsi tətbiq etməyi təklif edir. Sanksiyanın məbləği azaldılmış və yayındırılmış vergi məbləğinin 25 faizini təşkil edəcək (kameral vergi yoxlaması nəticəsində əlavə hesablanmış vergi məbləği istisna olmaqla).

Vergilər Nazirliyi sosial sığorta ödənişlərinə dair hesabat təqdim etməyən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarında əmək qabiliyyətli ailə üzvlərinə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Təqvim ilində birinci pozuntu faktı üzrə minimum əmək haqqının 3 faizi, təkrar və növbəti pozuntu faktları üzrə 6 faizi məbləğində sanksiya təklif olunub.//oxu.azскачать dle 11.3
Mojo.az Banner