Mojo.az Banner
20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada güllələnən şəmkirli biznesmenin qatili kimdir? - FOTO + VIDEO

23.11.2018 11:45 14 600
Moskvada güllələnən şəmkirli biznesmenin qatili kimdir? - FOTO + VIDEO
Noyabrın 21-də axşam saatlarında Moskva şəhərində güllələnən Toğrul Tağıyevi öz yerliləri - Şəmkir rayonundan olan şəxslərin öldürdüyü deyilir.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, mərhum biznesmeni Həsən, Bek və Cəbi adlı əslən Şəmkirdən olan qardaşlarla aralarında ədavət yarandığı üçün aradan götürüblər.

Belə ki, xeyli müddətdir T.Tağıyevlə qardaşların arasında əmlak və pul üstündə qarşıdurma yaranıbmış.

Mərhumun həyat yoldaşı Şəhla xanım Rusiya mətbuatına açıqlamasında deyib ki, ərini onlara məxsus avtoyuma məntəqəsinə görə öldürüblər.

Qadının sözlərinə görə, əri “avtomoyka” aldıqdan sonra təhdidlər alıb, hətta bu ilin martında M-4 şosesində maşınla gedərkən atəşə məruz qalaraq, ayağından yaralanıb. Lakin qadın ərinin qatillərinin adlarını çəkməyib.

Sayt qətldə və Toğrulla ədavətdə adı keçən üç qardaşdan birinin – Həsənin (Heydərov Həsən Əjdər oğlu) fotosunu əldə edib.

Sayt Həsənin bu qətldə iştirakçı olduğunu iddia etmədiyini, verilən qeyri-rəsmi məlumatlarda onun Toğrul Tağıyevin qətlində əsas şübhəli şəxs olduğunun deyildiyini yazıb.

Həsənin və qardaşlarının (deyilənə görə, digər iki qardaş - Bek və Cəbi hazırda Rusiya Federasiyasında həbsdədirlər - red.) əsas himayəçiləri Sank-Peterburqda meyvə-tərəvəz bazarının əsas fiqurantlarından olan Şəmkir doğumlu biznesmenlərdir.

Deyilənə görə, Həsən Heydərov ötən həftə həmin biznesmenlərlə bir yerdə Sankt-Peterburqun dəbdəbəli restoranlarından birində yemək yeyib.

Bu qətlin sifarişinin həmin biznesmenlərdən gəlib-gəlmədiyi haqda hələlik hər hansı məlumat yoxdur. Bildirilir ki, Toğrul Tağıyevə hücum zamanı Həsən Heydərovun yanında Orxan adlı şəxs də olub.
скачать dle 11.3
Mojo.az Banner