Mojo.az Banner
20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |     19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |     19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |     19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağzı qoxusuna qarşı vasitələr – Məsləhət

19.11.2018 13:31 3 906
Ağzı qoxusuna qarşı vasitələr – Məsləhət
Ağız qoxusundan əziyyət çəkənlər üçün problemin həlli yolu mətbəxdən keçir.

Median.Az teleqraf.com-a istinadən bildirir ki, əgər dişlərinizi fırçalaya bilmədiyiniz bir yerdəsinizsə və ya fırçalansanız belə ağzınızdan qoxu heç bir şəkildə getmirsə, bundan qurtulmağıntəbii və asan yolları var.

Ağız qoxusuna çarə ola biləcək qidalar bunlardır.

Pendir

Aparılan arışdırmalar göstərir ki, yeməkdən dərhal sonra yeyilən pendir ağızdakı turşu səviyyəsini azaldır. Eyni zamanda pendir yemək ağız qoxusunu da azaldır.

Alma, armud və kök

Bu meyvə və tərəvəzlərin tərkibindəki liflər tüpürcəyi təmizləyir və nəfəsi təzələyir.

Limon

Sadə mineral suyun içinə limon dilimləri atıb içdikdən sonra bu limon dilimlərini yeyə bilərsiniz. Eyni zamanda limonlu konfetlərdən də istifadə etmək olar.

Nanə- cəfəri

Çiy olaraq yediyiniz bir neçə nanə yarpağı və ya cəfəri nəfəsinizi təbii olaraq təmizləməkdə faydalıdır.

Qəhvə

Ağız boşluğundakı mikrobların artıqları olan sulfid birləşmələri pis qoxuya səbəb olur. Qəhvə dənəsini çeynəmək isə bu birləşməni aradan qaldırır. Yeməkdən sonra qəhvə içmək ağız qoxusuna qarşı təsirlidir.

Darçın

Darçın çeynəmək və ya darçınlı içkilərdən istifadə etmək ağızdakı mikroblara qarşı effektlidir.

Mixək

Mixək çeynəmək hər kəsin bildiyi ən təsirli və ucuz ağız qoxusunun qarşısını alma üsuludur.

Qatıq

Nizamlı olaraq qatıq yediyiniz zaman ağız qoxusunun azaldığının şahidi olacaqsınız.

Saqqız

Sink tərkibli məhsullar, eyni zamanda saqqız ağız qoxusunu yox edər. Əgər dişlərinizi fırçalamamısınızsa, onda saqqız çeynəyin.скачать dle 11.3
Mojo.az Banner