Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Əlimi üzünə çəkmək istədim, qoymadılar” - 5 aydan sonra meyiti gələn alpinistin anası (VIDEO)

13.11.2018 16:46 2 093
“Əlimi üzünə çəkmək istədim, qoymadılar” - 5 aydan sonra meyiti gələn alpinistin anası (VIDEO)
ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışı 2017-ci ilin dekabr ayında Tufan dağa qalxmaq üçün yola çıxan və 5 aydan sonra meyitləri tapılan 3 alpinistdən biri olan Namin Bünyatova həsr olunub.

Naminin anası Səadət Bünyatov oğlu haqqında danışıb:

"Dağlarla, təbiətlə maraqlanan uşaq olub. Dəcəl uşaq olmayıb. Məktəbdə, bağçada müəllimlər ondan razı qalıb. Rus dilini özü öyrənmişdi. Yaxşı bilirdi. Yoldaşımı itirəndə çox gənc idim. Amma Namin mənə təsəlli idi. Onun ailə qurmağı təsadüfən oldu. Ona qız axtarırdım amma tapmırdım. Seçimi özü edib, evləndi. Vətənini sevən idi. Yola çıxanda birinci çantasına bayrağını qoyurdu. Bir dəfə bayrağı tapa bilmədi, əsəbiləşdi.

Tapanda uşaq kimi sevindi. Hündürlüyü çox sevirdi. Arzuları çox idi. Deyirdi ki, biraz döz, bütün dünya məni tanıyacaq. 7 min metrlik dağ idi, getdi 1 aya gəldi. Hər gün ağlayırdım. Bir gün dedi ki, biz Quba dağlarına gedəcəyik. Quba sözü məni aldatdı. Fikirləşdim ki, yaxındı. Dedi ki, 1 günə qayıdacağıq. 3 dəfə soruşdum ki, hansı dağa gedəcəksən?

Cavab vermədi. Elə bil ki, könülsüz getdi. İlk dəfə idi ki, dağa gedəndə sevinmirdi. Mən onun ölüm xəbərini fikiləşəndə özümdən uzaqlaşdırırdım. Əmim ağlayanda dedim ki, nolub, Namindən bir xəbər var? Dedilər yox. Sonra cənazəsini əmisinin qapısına gətirdilər. İstədim əlimi üzünə çəkim, dedilər olmaz”.

Son xəbərlər