Mojo.az — elanlar
Son Xəbərlər
22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş arvadının bacısını bıçaqlayan şəxsə prokuror 15 il cəza istəyib

05.11.2018 16:42 3 953
Keçmiş arvadının bacısını bıçaqlayan şəxsə prokuror 15 il cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakini Dinar Təhməzovun CM-nin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, həyat yoldaşı ilə boşanan Dinar Təhməzov paytaxta uşaqlarını görmək üçün gələrkən, keçmiş baldızı Nuranə Fərzəliyeva ilə mübahisə edib. İnsident zamanı Təhməzov Fərzəliyevaya bıçaqla xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını həkimlər xilas ediblər.

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.

Növbəti proses noyabrın 12-ə təyin olunub.

Son xəbərlər