Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

“Atalıq məzuniyyəti” yenidən gündəmdə: Mentalitetimiz buna icazə vermir

31.10.2018 14:04 2 349
“Atalıq məzuniyyəti” yenidən gündəmdə: Mentalitetimiz buna icazə vermir
Əslində “atalıq məzuniyyət” deyilən bir məsələ yoxdur. Bununla bağlı müvafiq qanunvericiliyə də ayrıca nə isə əlavə etməyə ehtiyac və gərək duyulmur. Bu məsələ bir növ qanunvericilikdə öz əksini də tapıb.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, qanunvericilikdə övladlarla, uşaqlarla bağlı məzuniyyət məsələsində bu məqam var:

“Orada qeyd edilir ki, valideyn - ana və ya ata üç il ərzində məzuniyyətə çıxa bilər.

Onun da biri ili ödənişli əsaslarla, iki ili isə öz hesabına olur. Yəni, əgər evdə, ailədə qadının məvacibi kişinin məvacibindən çox olarsa, o zaman qarşılıqlı razılıq əsasında kişi-ər məzuniyyət götürə, uşağa baxa bilər.


Amma bizdə belə bir ənənə, təcrübə də yoxdur əslində. Həm də mentalitet buna bir o qədər imkan vermir ki, evin kişisi məzuniyyət götürüb uşağa baxsın. Həmçinin, bizdə kişilərin əməkhaqları qadınların əməkhaqlarından yüksək olur.

Ona görə də indi qanunvericilikdə bununla bağlı nə isə icad etməyə, hansısa zəruri dəyişikliyə ehtiyac yoxdur.

Qanunvericiliyin müvafiq müddəaları bu məsələyə imkan verir”.

Qeyd edək ki, “atalıq məzuniyyəti” təklifi BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.

Təkliflərdə uşaqlarını böyüdən və eyni zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək məsələsi də yer alıb.

Layihəyə əsasən, bu tədbirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti və MM tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin, xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.скачать dle 11.3
Mojo.az Banner