Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

BMT baş katibinin müavini Bakıda danışıqlarda

25.10.2018 13:11 2 881
BMT baş katibinin müavini Bakıda danışıqlarda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də BMT baş katibinin müavini Rəşid Xalikov ilə görüşüb.

BMT-nin baş katibi Antonio Quterreşin salamlarını və xoş arzularını dövlətimizin başçısı İlham Əliyevə çatdıran Rəşid Xalikov Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs etdi, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışıb.

Prezident İlham Əliyev BMT baş katibinin müavini Rəşid Xalikovun Forumda iştirakına və çıxışına görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev Rəşid Xalikovun Forumda iştirakının və çıxışının BMT-nin bu tədbirə böyük önəm verməsinin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti baş katib Antonio Quterreş ilə ötən il BMT Baş Assambleyası çərçivəsində görüşünü məmnunluqla xatırlayıb.

Dövlətimizin başçısı BMT baş katibinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Antonio Quterreşə çatdırılmasını xahiş edib.

Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər