Mojo.az Banner
23:00 FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib  |     22:52 Samuxda 22 yaşlı qadını maşın vurdu  |     22:45 AĞIR QƏZA: ölən və xəsarət alanlar var  |     22:36 Zəngli saat qurmağı unudun!  |     22:28 Bu bürcləri böyük sürpriz gözləyir  |     22:20 Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı  |     22:13 Azərbaycanda Ermənistana növbəti tədarük həyata keçirilib  |     22:06 Bu yağları alarkən diqqətli olun  |     21:58 Gəncədə toyda dava: Xəsarət alan var  |     21:50 İspaniyada anomal istilər səbəbindən rekord sayda ölüm halı qeydə alınıb  |     21:42 Nepalda üç yaşlı qızın qətli kütləvi etirazlara səbəb oldu - VİDEO  |     21:33 Moskvadakı müəmmalı görüşlər başa çatdı: ABŞ hərbi təyyarəsi Rusiyadan ayrıldı - FOTO - VİDEO  |     21:26 İşıqlar içində tarix: Daşkənddə möhtəşəm 3D-meppinq şou keçirilib - FOTO  |     21:18 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - VİDEO  |     21:11 53 yaşlı kişi qətlə yetirilib  |     21:00 Yaponiyada isti hava beş mindən çox insanı xəstəxanalıq etdi  |     20:46 Şəhid Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı qazandı: "Çox xoşbəxtəm"  |     20:38 Novxanıda avtomobil marketə çırpılıb - VİDEO  |     20:30 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO  |     20:16 Elxan Mütəllimova yüksək VƏZİFƏ VERİLDİ  |    
Left Banner
Right Banner

Şəhid ailələri birdəfəlik ödəmələr üçün notariusa müraciət edə bilərlər - SABAHDAN

08.10.2018 17:35 2 716
Şəhid ailələri birdəfəlik ödəmələr üçün notariusa müraciət edə bilərlər - SABAHDAN
"Sabahdan şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət edə bilərlər".

Median.Az
"Report"-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, qeyd olunan şəxslər nazirliyin saytında "BİRDƏFƏLİK ÖDƏMƏ" bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər: "Axtarışın nəticəsi olaraq "Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin birdəfəlik ödəməni almaq hüququ vardır" cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlun olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir".

Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçirililəcək.скачать dle 11.3
Mojo.az Banner