Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah Milli Məclisdə hansı məsələlər müzakirəyə çıxarılacaq?

04.10.2018 13:49 1 631
Sabah Milli Məclisdə hansı məsələlər müzakirəyə çıxarılacaq?
Sabah (oktyabrın 5-də) Milli Məclisin (MM) 2018-ci il payız sessiyası çərçivəsində ikinci plenar iclası keçiriləcək.

Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, iclasda ilkin olaraq 17 məsələnin müzakirəsi nəzərdə tutulur.

Yəni, millət vəkilləri Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə (hamısı birinci oxunuş) baxacaqlar.

Qeyd edək ki, Mülki Məcəlləyə dəyişikliklər üç, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər isə iki ayrı-ayrı qanun layihələrində nəzərdə tutulur.

Bununla yanaşı, “Banklar haqqında” (birinci oxunuş), “İpoteka haqqında” (birinci oxunuş), “Lotereyalar haqqında” (birinci oxunuş), “İnzibati icraat haqqında” (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” (birinci oxunuş), “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” (birinci oxunuş), “Pasportlar haqqında” (birinci oxunuş), həmçinin, “Bələdiyyələrin statusu haqqında” (birinci oxunuş) və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” (birinci oxunuş) qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirələrdən keçiriləcək.

Qeyd edək ki, iclasın gündəliyinə daxil edilən məsələlərin artırılması istisna deyil.

Həmçinin, ən mühüm dəyişikliklər “Lotereyalar haqqında” qanunda gözlənilir.

Belə ki, yeni dəyişikliklərdə qeyd olunur ki, (4.9) lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılmış tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər.

Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanının daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən beş iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazə verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.

Lotereyaların şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina barədə qərar lotereya təşkilatçısına təqdim edilir və sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Bununla yanaşı, Tiraj komissiyasının üzvlərinin sayı azaldılır. Yəni, komissiya üzvlərinin sayı beş nəfərdən üç nəfərə endirilir.

Son xəbərlər