Mojo.az Banner
23:03 Baksol yolunda baş verən yanğının zərəri nə qədərdir? - Video  |     22:55 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi  |     22:25 Dilimlənmiş çörək almayın - SƏBƏB  |     22:21 Qubada ər arvadını qətlə yetirib özünü asdı  |     22:14 Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər  |     21:59 İsveçrə Azərbaycana birbaşa investisiyaları 5 dəfə artırdı  |     21:49 Buşehrdə gərginlik: Mərmi zərbəsi AES-in yaxınlığına düşüb  |     21:43 Alena Əliyeva Novruz yarmarkasında - FOTOLAR  |     21:32 Laricaninin yerinə o gələcək  |     21:15 Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb  |     21:05 İranın ali lideri: "Laricaninin qətlinə görə qisas alınacaq"  |     20:57 Əhalinin nominal gəlirləri nə qədər artıb?  |     20:56 ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?  |     20:44 Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı  |     20:29 Hansı universitetlər Bakıdan köçürüləcək?  |     20:19 Suraxanıda şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı paylanıldı  |     20:10 İnternat məktəbinin şagirdi imtahan günü öldü  |     20:04 "X" sosial şəbəkəsində problem yaranıb  |     19:55 Şəmkirdə ikimərtəbəli ev yandı  |     19:42 Gəncə sakini torpaq üstündə bıçaqlandı  |    
Left Banner
Right Banner

Gömrükdən ölkəyə poçtla gətirilən telefonlarla bağlı VACİB AÇIQLAMA

28.09.2018 15:07 1 927
Gömrükdən ölkəyə poçtla gətirilən telefonlarla bağlı VACİB AÇIQLAMA
“Azərbaycanda bəzi hallarda yerli poçt idarələri işbazların ölkəyə qeyri-qanuni yollarla mobil telefon idxal etməsinə şərait yaradırlar”.

Median.Az
-in “Report”a istinadla məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Fikrət Ələsgərli Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi “Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.

Onun sözlərinə görə, bu işbazlar bəzən hətta vətəndaşlardan xəbərsiz onların şəxsiyyət vəsiqələrnin nüsxələrini və yaxud insanların şəxsi məlumatlarını əldə edərək qanunsuz yollara əl atırlar: “Onlar anlamır ki, bu yolla ölkə iqtisadiyyatına ziyan vururlar və dövlət büdcəsinə köçürmələrin qarısını alırlar. Üstəlik qeyri-qanuni mobil telefon idxalı ilə bu sahədə fəaliyyət göstərən şirkətlər müflis olurlar.”

F. Ələsgərli deyib ki, bu kim hallar yalnız mobil telefonlara aid deyil: “Bu gün mobil telefona ölkədə böyük tələbat var. Bunun qarşısını alacağıq, bu işbazlar qeyri-qanuni televizor idxalına başlayacaq. Qeyri-qanuni televizor idxalının qarşısı alınacaq, bu işbazlar qeyri-qanuni soyuducu idxalına başlayacaqlar. Onlar üçün malın önəmi yoxdur. Bu hal Azərbaycanın bütün coğrafi rayonlarını əhatə edir. 4 ay ərzində Gədəbəyin Şınıx kəndindən olan bir qadının adına 4 ədəd “iPhone X” telefonu gətirilib. Mən əminəm ki, bu qadının həmin telefonlardan heç xəbəri yoxdur və o, heç “iPhone X”in nə olduğunu bilmir”.

DGK rəsmisi qeyri-qanuni idxalın qarşısını alımaq, işbazların fəaliyyətinə son qoymaq üçün mətbuatın bu sahədə daha fəal olmasını və ictimaiyyəti maarifləndirməsini xahiş edib.скачать dle 11.3
Mojo.az Banner