Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yarım milyonluq film kimi CİNAYƏT

25.09.2018 18:08 2 378
Azərbaycanda yarım milyonluq film kimi CİNAYƏT
İçində yarım milyon manatın olduğu seyfi yarsa da, bu, oğrunun köməyinə gəlməyib. Söhbət "Sumqayıt Texnologiyalar Parkı" ASC-nin seyfindən oğurlanan pullardan gedir.

Median.Az
xəbər verir ki, Sumqayıtın hüquq-mühafizə orqanlarından sputnik.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları "isti izlər"lə 450 min manatlıq oğurluğun üstünü açıblar.

Məlum olduğu kimi sentyabrın 23-də "Sumqayıt Texnologiyalar Parkı" ASC-nin hüquq departamentinin direktoru, Bakıda yaşayan Cabbarlı Polad Arif oğlunun kabinetindən külli miqdarda pul oğurlanıb. Həmin pulun saxlanıldığı seyf yarılıb.

İlkin araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, oğurluqda Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Nəbiyev Rauf Yavər oğlu iştirak edib. Nəbiyev sözügedən müəssisənin mühafizə xidmətində növbə rəisi işləyib.

Oğru "qara bazar"dakı valyuta alverçilərinin köməyi ilə oğurlanmış manatı dollara çevirəndən dərhal sonra "28 Mall" Ticarət Mərkəzində saxlanılıb. Puldan cəmi 30 min manat kəsir olub. Saxlanılan şəxs sonradan etiraf edib ki, həmin vəsaiti özünün bank kreditlərinin bağlanmasına xərcləyib.

O da məlum olub ki, Nəbiyev oğurluğa hazırlaşarkən özünə aviabilet də sifariş edib. Pulu dəyişəndən dərhal sonra kişi Azərbaycan sərhədlərini tərk edəcəkmiş. Lakin Sumqayıt polisinin operativ qrupu onun bu addımı atmasına mane olub.

Qeyd edək ki, Nəbiyev seyfi dəmir lingin (lomun) koməyi ilə qırıb. Hazırda oğurluq faktı ilə bağlı AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər