Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

13 yaşlı qızı evinə salıb zorladı, sonra bıçaq və balta ilə... – Azərbaycanda DƏHŞƏTLİ OLAY

12.09.2018 14:54 2 649
13 yaşlı qızı evinə salıb zorladı, sonra bıçaq və balta ilə... – Azərbaycanda DƏHŞƏTLİ OLAY
Zorlamada təqsirli bilinən Salyan rayon sakini Samir Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir - H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az “publika.az”a istinadən xəbər verir ki, Samir Babayev 1995-ci ildə Salyan rayonun Dayıkənd kəndində anadan olub. Sonradan Salyan rayonunun mərkəzinə köçüb, burada yataqxanada yaşamağa başlayıb. O, qonşusu, 2003-cü il təvəllüdlü Səmayə Qasımovanı zorlamaqda təqsirli bilinib.

Azyaşlını içəri saldı, qapını arxadan bağladı və...

Samir Babayev 2016-cı ildə Səmayə Qasımovanı oynamaq bəhanəsi ilə yaşadığı Salyan şəhəri, N.Babayev küçəsində yerləşən yataqxananın ikinci mərtəbəsindəki mənzilə dəvət edib. O, Səmayəni içəri salandan sonra qapını arxadan bağlayıb.

Bundan sonra Samir Səmayəni qollarından tutub və ona zor tətbiq edib. O, qızı döşəmənin üzərinə uzadaraq soyundurub.

Zorakılıq

Samir zorakılıq göstərməklə qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. Təcavüzə məruz qalan Səmayə ağlayıb, ucadan qışqıraraq kömək çağırıb. Bu zaman Samir qapını açmağa məcbur qalıb. Qız paltarını geyinərək hadisə yerini tərk edib.

Balta və bıçaqla...

Daha sonra Samir qızı öldürməklə hədələyib. O, qıza balta və bıçaq göstərərək, baş verənləri danışacağı təqdirdə onu, habelə anası və atasını öldürəcəyini deyib. Qorxuya düşən qız olayı bir neçə il gizlədib.

Bundan sonra Samir yenidən qızla cinsi əlaqədə olmaq istəyib. Belə olduqda isə qız baş verənləri anasına danışmağa məcbur qalıb.

Səmayənın ailə üzvləri baş verən təcavüz olayı ilə bağlı Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət ediblər. Müraciət əsasında Samir həbs olunub.

9 il cəza

Samir Babayevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul olunub.

Hökmdən narazı qalan Samir Babayev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının dəyişdirilməsini, barəsində bəraətverici hökmün çıxarılmasını istəyib.

Bəraət istədi, hökm dəyişmədi

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Samir Babayevin barəsində olan hökm qüvvədə saxlanılıb. Bundan sonra o, eyni tələblə kasasiya şikayəti verib.

Samir Babayevin şikayəti araşdırılması üçün bu yaxınlarda Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Samir Babayevin şikayəti təmin olunmayıb.скачать dle 11.3
Mojo.az Banner