Göyçayda kişidən keçmiş arvadına və qızına qarşı vəhşilik - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:44 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb  |     16:43 Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs TUTULDU  |     16:42 DİN "Son zəng"lə bağlı valideynlərə və məzunlara müraciət edib  |     16:40 Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinada tutuldu  |     16:39 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT  |     16:38 Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı - Araşdırma başladıldı  |     16:36 İsrail səfərbərlik elan etdi  |     16:31 Azərbaycanda bələdiyyə sədrinə elektron qolbaq taxıldı  |     16:30 "Air India" təyyarəsi bomba təhlükəsi səbəbindən Tailandda məcburi eniş etdi  |     16:29 Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutuları tapıldı  |     16:29 "Apple" Los-Ancelesdə oğurlanmış "iPhone"ları bloklayıb  |     16:27 "WhatsApp"da oxunmamış mesajlarla bağlı yeni süni intellekt funksiyası yaradıldı  |     16:26 Bakıda uşaq bağçasında ANTİSANİTAR vəziyyət - Yataq otaqlarında siçovullar gəzirlər (VİDEO)  |     16:16 İran yüksəkrütbəli məmurların ölümünü rəsmən təsdiqlədi  |     16:11 Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb  |     16:06 İsrailin İrana zərbəsindən sonra AZAL daha bir neçə reysi ləğv etdi  |     16:01 13-cü mərtəbədəki balkondan qonşu evinə girib 20 minlik qızıl oğurladı  |     14:53 Yarım milyardlıq leqallaşdırma işi: "WhatsApp" yazışmaları məhkəmədə üzə çıxdı  |     14:51 Yol polisi istifadəyə yararsız 600 kq toyuq əti aşkarlayıb - VİDEO  |     14:27 AJet 3 ölkəyə uçuşları ləğv etdi  |    

Göyçayda kişidən keçmiş arvadına və qızına qarşı vəhşilik - FOTO

Göyçay rayon sakini keçmiş arvadı və qızına xəsarət yetirərək ölümlə hədələyib.

Bu barədə “Report”a qadının əmisi Vaqif Zeynalov məlumat verib.

Onun sözlərinə görə, Göyçayda yaşayan qardaşı qızı V.Z. üç il bundan əvvəl rayon sakini Samir Osmanovdan boşanıb:

“Samir spirtli içki aludəçisidir. Həmçinin o, evdə olan bütün əşyaları aparıb satırdı. Samir hər gün qardaşım qızını döyürdü, buna görə qadın iki qız uşağı ilə ərindən boşandı. Boşanandan sonra da o, qardaşım qızını döyürdü. Mən hazırda Bakıda yaşayıram, bu hadisələrə görə neçə dəfə DİN-in “102” Zəng Mərkəzinə məlumat vermişəm. Sahə müvəkkili neçə dəfə gəlib, izahat alaraq gedib.

Sentyabrın 13-ü gecə saat 22:30 radələrində Samir yenə qardaşım qızının yaşadığı ata evinə əlində bıçaq ilə gəlib, pəncərədən içəri daxil olmaq istəyib. V.Z və onun 17 yaşlı qızı qapını tutub ki, Samir içəri daxil olmasın. Hətta Samir “sizi öldürməyə gəlmişəm” deyib. Balaca qızı isə qorxusundan digər otaqda gizlənib və atasının dediklərini də eşidib. Samir böyük qızının qollarını kəsib. Onun qollarına ümumilikdə 14 tikiş vurulub. V.Z isə ciddi xəsarət alıb.

Onun ayaq barmağı qapının arasında qalıb, qolları və bədənində xəsarət izi var. Hadisədən sonra onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar. Həmin vaxt DİN-in “102” Zəng Mərkəzinə məlumat verilmədi. Onlar xəstəxanada olan zaman ora polis əməkdaşı gəlib, qardaşım nəvəsindən izahat alıb. Polisin məcburiyyəti ilə qız deyib ki, qolunu şüşə kəsib.

Lakin qardaşım qızından izahat almayıb. Hadisənin səhəri günü biz Bakıdan rayona getdik, onlardan soruşanda bildirdilər ki, “Samir bizi ölümlə hədələdi, evə bıçaqla gəlmişdi”. Qardaşım qızı hadisənin necə baş verdiyi barədə ərizə yazdı, Göyçay Rayon Polis Şöbəsinə apardıq.

Polis Şöbəsi bizim ərizəmizi qəbul etmədi və qeydiyyata da salmadı. Biz tələb etdik ki, qardaşım nəvəsinin verdiyi ilkin izahat dəyişdirilib, yenidən yazılsın. Tələbimiz təmin edilmədi. Onları ekspertizaya apardıq, dedilər ki, cavabı bu gün və ya sabah üçün Polis Şöbəsinə göndəriləcək”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            994 16.09.20 16:52