Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şamaxı Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı açıqlama

12.09.2018 13:47 2 658
Şamaxı Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı açıqlama
Yer kürəsində başlayan geomaqnit qasırğası G1 səviyyəsindədir, Kp indeksi 6 olub.

Bunu oxu.az-a açıqlamasında Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib.

Onun sözlərinə görə, geomaqnit qasırğasının indeksi maksimum 9 olur:

“Bu da orta həyacanlaşma sayılır. İnsanlar, əsasən, qasırğanın gücü G4 səviyyəsində olanda bunun səhhətlərinə mənfi təsirini hiss edirlər. Hazırda Günəşin üzərində alışmalar və ləkələr, demək olar ki, yoxdur. Həyacanlaşmalar var. Amma bizim onu hiss etmirik.

Ötən gün geomaqnit qasırğası orta səviyyədə olub. Xəstə insanlarln halsızlıq, baş ağrıları, təzyiq hiss etmələri mümkündür. Oktyarın 9-na kimi sakitlik müşahidə olunacaq”.

Namiq Cəlilov bildirib ki, günəş yanıb bitdikdən sonra bəşəriyyət məhv olacaq:

“Yer Günəş sisteminə daxil olan planetlərdən biridir. Hər şey Günəşdən gələn enerjiyə bağlıdır. Günəş və sisteminin yaşı hazırda dörd milyard ilə yaxındır.

Təqribən yarısı yaşanıb. Günəş yanır. Proses bitdikdə bütün planetlər Günəşin üzərinə töküləcək. Bu zaman həyat, o cümlədən bütün planetlər yoxa çıxacaq. Buna milyard illər lazımdır. Çünki çox zəif prosesdir”.

Qeyd edək ki, Günəşdə baş verən partlayışın Yerə təsiri sonuncu dəfə 2003-cü ildə hiss olunub. Həmin il X23 alışması aktivliyin maksimum fazasında baş verib.

Son xəbərlər