Mojo.az Banner
12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |    
Mojo.az Avto
Mojo.az Avto

Millimiz Ermənistana qalib gəldi

07.09.2018 11:18 5 356
Millimiz Ermənistana qalib gəldi
Dünən İranın Sircan şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında “Yadigar İmam Cup” beynəlxalq turniri start götürüb.

Komanda yarışında ölkəmizi yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanovdan (110 kq) ibarət kollektiv təmsil edir.

Millimiz qrupda İranın üçüncü komandasına və Ermənistana 8:2, İranın ikinci komandasına isə 9:1 hesabıyla qalib gəlib. Bununla da güləşçilərimiz qrup qalibi kimi finala yüksəlib. Bu gün yığmamız finalda İranın əsas komandasıyla qarşılaşacaq.

Qeyd edək ki, yarışın hakimləri arasında həmyerlimiz Azər Allahverdiyev də var.скачать dle 11.3
Mojo.az Banner