Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlılar Astanada biznesmeni oğurladılar

04.09.2018 12:24 2 136
Azərbaycanlılar Astanada biznesmeni oğurladılar
Biznesmenin oğurlanmasında ittiham olunan İradə Rüstəmova Azərbaycandan ekstradisiya edilib və Qazaxıstanın paytaxtı Astanada həbsxanada saxlanılır.

Median.Az
İnformburo.kz portalına istinadla xəbər verir ki, Rüstəmova qarşı bir qrup şəxslə əlbir olub, insan oğurluğunda, eləcə də, bir qrup şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur.

2017-ci ildə bir müddət Qazaxıstanda yaşayan Taner Aydın və onun həyat yoldaşı İradə Rüstəmova Astanada yaşayan türkiyəli biznesmen Dolqun Tepebaşı oğurlamaq qərarına gəliblər. Onlar istəklərini reallaşdırmaq üçün Elnur Rüstəmov, Baqdan Maqamadov və Bislan Dakayevə müraciət edib. Cütlük bildirib ki, Tepebaş onlara 300 min dollar borcludur. Həmçinin, Vaqif Cəlaliyevi və Zemfira Fərhadovanı da bu işə cəlb ediblər.

Zemfira biznesmenlə “Uzbeçka” kafesində iki dəfə görüşüb və 2017-ci ilin noyabrında onu evinə gətirib. Bu vaxt dəstə üzvləri Tepebaşı döyüb və “Volkswagen Touareg” avtomobilində onu Almatı vilayətinə aparıblar.

Aydın Tepebaşın Türkiyədə yaşayan qardaşından 1 milyon dollar tələb edib. Dəstənin digər üzvlərinin isə bundan xəbəri olmayıb, onlar borc götürülmüş 300 min dolları qaytarmağı tələb ediblər.

Cinayəti törətməkdə əsas şübhəli Taner Aydın barəsində axtarış elan edilib.

Dolqun Tepebaş “Kaztur Texnik” şirkətinin baş direktorudur.

İyulun 30-da İradə Rüstəmova Azərbaycandan Qazaxıstana ekstradisiya edilib.

Son xəbərlər