Mojo.az Banner
14:51 Yazın ilk uzunmüddətli maqnit fırtınası - Doqquz saatdan çoxdur davam edir  |     14:12 Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı  |     14:03 KİV: Tehranda SEPAH-ın ən böyük qərargahı dağıdıldı  |     13:53 Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxdı  |     13:51 Bərdədə VAZ "KamAZ"a çırpıldı: Ölən var  |     13:44 Azərbaycanda dövlət agentliyi ləğv edildi  |     13:39 Salyanda 4 yaşlı uşaq su quyusunda boğulub  |     13:34 Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü, həbs edildi  |     13:31 Bakıda binadan yıxılan qadın ölüb  |     13:22 Xocavəndin Xanoba kəndinə ilk köç yola salınıb  |     13:21 Sürücülərin NƏZƏRİNƏ: "Həftəsonu yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər"  |     13:03 Mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR  |     01:01 Bakıda məşhur gecə klubunun rəhbəri və mühafizəçiləri həbs olundu  |     23:01 Naxçıvanda əhalinin sayı artıb  |     22:54 Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı  |     22:44 Xruşşovun nəticəsi xarici agent elan edildi  |     22:39 Ya müharibə, ya da sülh - Paşinyan Qarabağdan danışdı  |     22:33 2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub - XİN  |     22:27 Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb  |     22:22 Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO  |    
Left Banner
Right Banner

Təmir etdirdiyi körpüdən istifadə üçün bir manat alır - VIDEO

07.08.2018 16:26 2 517
Təmir etdirdiyi körpüdən istifadə üçün bir manat alır - VIDEO
Son vaxtlar bölgələrdə, xüsusən istirahət zonalarında ictimai əsaslarla qurulan, belə demək mümkünsə, xalqın ümumi malı hesab edilən xidmət növlərindən istifadəyə görə kimlərinsə pul tələb etməsi hallarına rast gəlirik. Növbəti belə məqam Şəkidə üzə çıxıb – ödənişli avtomobil körpüsü.

Median.Az
-ın məlumatına görə, ARB TV xəbər verir ki, uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxsin tapşırığı ilə körpüdən istifadəyə görə hər avtomobil 1 manat pul ödəməlidir.

Sahibkarın bu addımı qanuna uyğundurmu? Təmirə ehtiyacı olan hər hansı yolu iş adamı gəlir sahəsinə çevirə bilərmi? Məsələ araşdırılıb.

“Kişinin adını söylədilər, dedilər ki, giriş-çıxış ona çatır. Bilmədik, nə məsələdir. Məəttəl qaldıq, pulunu verdik, keçdik”, - yerli turistlərdən biri bildirib.

Nəzarətçi Anar Abdulhəmidov isə deyir ki, bu körpü şəxsi əmlak sayılır və onu öz hesabına təmir edən şəxsin qərarı ilə ödənişli edilib:

“Fiçəng müəllim dəfələrlə bu körpünü qurdu, düzəltdi ki, sakinlərə, qonaqlara xoş olsun, gəlsin, istirahətini etsin. Öz hesabına qoyduğuna görə və heç bir qurum kömək etmədiyi üçün bunu =dənişli edib”.

Nəzarətçi körpünün ödənişli olmasının bəzi sakinləri narazı saldığını etiraf edir. Vəziyyəti izah etdikdən onların bu halı normal qarşıladığını deyir. Ödənişli körpü yalnız gündüzlər fəaliyyət göstərir, gecələrsə möhürlənir:

“Deyirlər ki, çaylaqda körpü pullu ola bilməz. Amma biz başa salırıq ki, buna görədir. Hamı normal qarşılayır”.

Qanunvericiliyə görə, ölkədə avtomobil yolları özəl ola bilər. Bunun üçün həmin yolun və ya yollar üzərində yerləşən körpülər və digər yol qurğularının layihə sənədlərinin hazırlanmasından başlayaraq, bütün işlər fiziki şəxs və ya şirkət tərəfindən görülür, həmçinin mülkiyyət hüququnun qeydə alınması həyata keçirilir. Ancaq bu hallarda da həmin yol ümumi istifadə üçün açıq olmalıdır.

Bu körpünün vəziyyəti isə heç də ürəkaçan deyil və heç bir normativə uyğun gəlmir. Dəfələrlə sel nəticəsində uçub. Bu isə təhlükəsizliyin necə təmin olunacağını sual altına qoyur.скачать dle 11.3
Mojo.az Banner