Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda və regionlarda oğurluq törədən 7 nəfər saxlanılıb

31.07.2018 18:27 4 080
Bakıda və regionlarda oğurluq törədən 7 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il fevralın 16-da vətəndaş Uğur Məmmədovun cibindən 100 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlayıblar.

Bundan başqa, Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən, bu il martın 17-də rayon ərazisindəki evlərin birindən paltaryuyan maşın oğurlayan Xaçmaz rayon sakini olan bir yeniyetmə saxlanılıb, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də evlərin birindən 125 manat oğurlayan Bakı şəhər sakini Faiq Əhmədovu saxlayıblar.

Sumqayıt ŞPİ 4-cü polis bölməsinə müraciət edən şəhər sakini Rəsul Fazil oğlu, bu ilin ilin yanvar ayından aprel ayınadək olan müddətdə 30-cu məhəllədəki evindən 7500 manat pulun və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib. Keçirilən əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, oğurluğu həmin evdə xadimə işləyən T.Novruzova törədib. Dindirilərkən qadın bildirib ki, qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satıb.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da N.Kazımlının mobil telefonunu oğurlayan rayon sakini Bilal Verdiyev saxlanılıb. Araşdırma zamanı, onun iyulun 5-də Lənkəran şəhəri ərazisindəki iki avtomobildən
500 manat və maqnitofon oğurlaması müəyyən edilib.

Şəki ŞRPŞ əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki kafelərin birindən 198 manat oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Əsgərovu saxlayıblar, Naftalan ŞPŞ-nin əməkdaşları tərəfindən iyulun 28-də şəhər ərazisindəki evlərin birindən 70 manat və qızıl əşyalar oğurlayan Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Vəliyev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3
Mojo.az Banner