Mojo.az Banner
18:48 Gəmi qəzasının 15 qurbanının axtarışı davam edir  |     18:40 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var"  |     18:37 Naxçıvan şəhərində su təchizatında fasilə yaranacaq  |     18:37 Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı  |     18:11 Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu  |     17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |     17:39 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı  |     17:33 Hava ilə bağlı XƏBƏRDARLIQ: Külək güclənəcək  |     17:32 Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq  |     17:20 Bu məktəblərin fəaliyyəti dayandırılacaq  |     17:13 Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər  |     17:08 Azərbaycanda yeni universitetin yaradılması təklif olunur  |     17:01 Alimlər narahatdır: Çirkli buz buzlaqların əriməsini sürətləndirə bilər  |     16:55 Ötən gün 2 avtomat, 1 tapança aşkarlanıb  |     16:50 Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)  |     16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |     16:26 Bazar gününə olan hava proqnozu  |     16:21 Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı  |    
Left Banner
Right Banner

Azərbaycanda dəhşətli partlayışda yaralanan 4 nəfər öldü - RƏSMİ MƏLUMAT

30.07.2018 14:58 2 143
Azərbaycanda dəhşətli partlayışda yaralanan 4 nəfər öldü - RƏSMİ MƏLUMAT
Dünən saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı 99 JD 282 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən yanacaq çəni partlayıb.

Median.Az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qurumdan APA-ya verilən məlumata görə, hadisə nəticəsində avtotəmir sexində usta işləyən Məlikov Müsü Bəhmən oğlu, Məlikov Rövşən Ramiz oğlu və Quliyev Akif Eldar oğlu, eləcə də “DAF” markalı avtomobilin sahibi Rüstəmov Fərhad Əhməd oğlu yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.

Zəruri tibbi yardım göstərilməsinə baxmayaraq həmin şəxslər xəstəxanada vəfat ediblər. Şəhər prokurorluğunun əməkdaşları tərəfindən şəhər prokuroru və ekspertin iştirakı ilə hadisə yeri müayinə edilib, hadisənin şahidləri dindirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-texniki-təhlükəsizlik ekspertizası təyin edilib, fotoşəkillər çəkilib və hadisəni əks etdirən videogörüntülər götürülüb.скачать dle 11.3
Mojo.az Banner