Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri bilindi

23.07.2018 16:04 5 101
“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri bilindi
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərindəki tədbirdə 32 komandanın potensial rəqibi müəyyənləşib.

Bu turnirdə mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” da Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırarsa, növbəti mərhələdə qarşılaşacağı potensial iki rəqibi müəyyənləşib.

Belə ki, BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi III mərhələdə “Kukesi” – “Qarabağ” cütünün qalibi ilə oynayacaq. “Qarabağ” mərhələ adlayarsa, ilk oyununu Bakıda keçirəcək.

Son xəbərlər