Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda çəkilmiş bu foto polisləri ayağa qaldırdı - FOTO

19.07.2018 16:13 9 104
Bakıda çəkilmiş bu foto polisləri ayağa qaldırdı - FOTO
Bakıda məktəblilərin pivəxanada görüntüləri yayılıb.

Median.Az xəbər verir ki, Yeni Günəşlidə yerləşən 285 saylı məktəblə üzbəüz yerləşən pivəxanada çəkilən fotolarda uşaqların önündə pivə dolu bakallar var.  

Sözügedən görüntülər sosial şəbəkədə müzakirəyə səbəb olub. İzləyicilərin bir qismi uşaqlara pivə satan obyekt rəhbərliyini, bir qismi isə uşaqlarına nəzarət etməyən valideyni günahlandırıblar. 

Əslində qanunla 18 yaşı tamam olmamış şəxslərin spirtli içkidən və siqaretdən istifadəsi qadağandır. Bu şəxslərin belə müəssisələrə girişi də qadağandır. Ancaq bu hər kəsin gözü qarşısında baş verir. Heç kəs də buna mane olmur.

Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.ws-ə bildirildi ki, həmin ərazidə bir neçə pivəxana var. Çox təəssüf ki, həmin fotonun hansı pivəxanada çəkildiyi məlum deyil. Lakin bu istiqamətdə araşdırma aparılacaq və məkan tapılacaq. 

Polis qanun çərçivəsində həmin pivəxana sahibi barədə inzibati qaydada tədbirlər görüləcəyini qeyd etdi: “Bu işdə birbaşa pivəxana sahibi və idarə edən şəxs məsuliyyət daşıyır. Qanunla 18 yaşına çatmamış uşaqların pivəxanaya buraxılması, onlara spirtli içkilərin, pivə və siqaretlərin satılması qadağandır. Bu istiqamətdə sahibkarlar inzibati qaydada məsuliyyət daşıyırlar”, - deyə polisdən bildirilib.

Qeyd edək ki, həmin pivəxana sahibi müəyyən ediləndən sonra, onun fiziki, yaxud hüquqi şəxs olduğu müəyyənləşdiriləcək. Daha sonra onun barəsində hüüquqi qaydada tədbirlər görüləcək.

Bu məsələ qanunla necə tənzimlənir? 

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda yüz manatdan iki yüz əlli manatadək cərimələnəcək.

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə qadağan edilmiş yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “Tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməsinə görə yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi maddəsinə əsasən altmış manatdan yüz manatadək məbləğdə cərimə ediləcək. 

Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynlər və ya digər qanuni nümayəndələr yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmumlatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə edilir.


Son xəbərlər