Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir | 23:01 Sabah meteohəssas insanlar üçün hava necə olacaq? |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda taksi sürücüsünü qarət edənlər 27 il cəza alıblar

18.07.2018 13:35 4 566
Bakıda taksi sürücüsünü qarət edənlər 27 il cəza alıblar
Bakı Ağır Cinayətlər Məhkəməsində Özbəkistan vətəndaşı Tərlan Alıyarov, Xaçmaz rayon sakini Kamran Nəsrullayev və Qusar rayon sakini Radik Həsrətovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Median.Az
xəbər verir ki, bu il fevralın 25-nə keçən gecə Xırdalan dairəsində "VAZ 21044" markalı taksi avtomobilinə əyləşən dostlar, sürücüdən onları "Memar Əcəmi" metrostansiyasının yaxınlığına aparmasını xahiş ediblər. Həmin ərazidə, qaranlıq, adam olmayan bir məhəlləyə çatanda Tərlan Alıyarov üzərindəki bıçağı sürücü Kamran Həsənlinin boğazına dirəyərək, ondan pullarını tələb edib. Sonuncu mobil telefonunu və 5 manat pulunu verdikdən sonra, onlar avtomobildən düşüb, qaçıblar. Oradan Saray qəsəbəsində fəaliyyət göstərən kafeyə gediblər. Zərərçəkmiş başına gələn hadisəni ərazidə qarşısına çıxan post-patrul əməkdaşlarına danışıb. Elə həmin gecə şübhəli şəxslər Nəsimi RPİ 19-cu polis bölməsinin əməkaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim ediliblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Son xəbərlər