Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakını dəhşətə gətirən qətlin təfərrüatı - VİDEO

17.07.2018 15:51 7 590
Bakını dəhşətə gətirən qətlin təfərrüatı - VİDEO
Bakıda mühafizəçinin bağ evində törətdiyi hadisənin təfərrüatı məlum olub.

Mühafizəçi ər və arvada işdən çıxarıldığına görə hücum edib.

Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində yaşayan Əməkdar həkim Arzu Şuşalı və onun həyat yoldaşı Dilarə Əhmədova bağlarında işləyən mühafizəçiyə işdən çıxarıldığını bildiriblər.

Bu zaman mühafizəçi İlqar Xancanov bağ evinin sahibi Arzu Şuşalıya və həyat yoldaşına bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Mühafizəçi törətdiyi hadisənin izini itirmək üçün əri avtomobilə mindirib, qadının meyitini də maşına qoyub.

Mərdəkan qəsəbəsi ərazisində xidmətdə olan polislər "Range Rover" markalı avtomobilin sürücüsünün davranışlarından şübhələniblər. Yol polisi əməkdaşları maşına “saxla” əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyilə maşını saxlamaq mümkün olub.

Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. Maşında qan içində iki nəfərin olduğu aşkarlanıb. Sürücü dərhal saxlanılıb. Maşında olan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Arzu Şuşalı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla əlaqədar Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.//oxu.az

Son xəbərlər