Böyük qalmaqal: Səsi olmayan stolun altında olur - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:58 Azərbaycan vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir  |     21:51 Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər? - VİDEO  |     21:44 Leyla Əliyeva Londonda Azərbaycan pavilyonunun açılışında iştirak edib - FOTO  |     21:39 İranda 24 "Mossad" casusu həbs olundu  |     21:36 Azərbaycana buğda idxalı 55 %-dən çox artıb  |     21:22 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər  |     21:17 Lənkəranda qəzada xəsarət alan 5 ailə üzvünün vəziyyəti açıqlanıb  |     21:12 Bakıda Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri görüşüb  |     21:04 İranla münaqişə səbəbindən İsraildə 5 mindən çox insan evsiz qalıb  |     21:00 Adanada yanğınsöndürən təyyarə qəzaya uğrayıb, pilotlar xəsarət alıb  |     20:55 İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub  |     20:48 Bu ilin 5 ayı ərzində narkotiklərlə bağlı 3797 cinayət faktı aşkarlanıb  |     20:42 “Sabah”ın U-14 komandası beynəlxalq turnirdəki ilk üç oyununda qələbə qazanıb  |     20:35 Lənkəranda eşitmə məhdudiyyətlilər arasında minifutbol turniri keçiriləcək  |     20:30 Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək  |     20:22 Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq  |     20:17 ADY sərnişin qatarlarında qiymətlərin müəyyən edilməsinə aydınlıq gətirib - FOTO  |     20:10 Almaniya İsrailə 4 milyon avroluq silah ixracına icazə verib  |     20:04 Azərbaycan I rübdə xalis maliyyə aktivlərini 1 milyard dollardan çox artırıb  |     19:58 Sabah hava yağmursuz olacaq  |    

Böyük qalmaqal: Səsi olmayan stolun altında olur - VİDEO

Ötən gün “ATV maqazin onlarla” proqramının “Hit-parad” rubrikasında müğənnilər Sevil və Sevinc bacılarının fikirləri qalmaqala səbəb olub.

Onlar əvvəlcə müğənni Elton Hüseynəliyevdəndanışaraq onun yalnız toy sahəsində uğur qazandıqlarını deyiblər:

“Bu gün Tolik (prodüser – red.) Eltonu toy biznesində önə aparan insan sayılır. Onun konsertləri, klipləri, yeni mahnıları Eltonun öz üzərinə düşən əziyyətdi, onu da görmür və işləmir. O, musiqi baxımından komandasızdı”.

Daha sonra Günay İbrahimlinin Aygün Səmədzadə bəstəsi olan “Kaderinle barış”dan danışan əkizlər bildirib ki, bu mahnını oxumaq Günay üçün tezdir:

“Gecə dinlədim ki, bəlkə Günayın ifasında başa düşək, ancaq alınmadı. Onun sənəti, yaşı üçün bu mahnı tezdir. Sırf Aygün Səmədzadə yazıb deyə oxumaq lazım deyildi. Səmədzadə də elə bir sənətkara müraciət etməliydi ki, onun sənəti, keçdiyi yol, düşüncələri mahnını tamamlamalıydı”.

Onlar Miri Yusifi də tərifləyərək, onu tənqid edənləri paxıl adlandırıb:

“Miri Yusif üç gün anşlaqla konsert verdi, gördük ki, hamı ayıq idi və saat 23:00-dan sonra deyildi. Xatirə İslam, Ceyhun Qala və Əhməd Mustafayev efirdə görünməsə, bir müddət sonra unudulur”.

Onlar sonda Aygün Kazımovanı birinci edərək onu yek və tək “Nömrə 1” adlandırıblar:

“Azərbaycan şou-biznesində kişili-qadınlı nömrə birdir. Bir çoxları xaricdə iş görür, ancaq uğursuz alınır. Ona necə “Nömrə 1” demək olar? Onu titulundan heç kim kənara çəkə bilməz. Hansı ki, onlar çoxdur”.

Bacıların bu sözləri isə qalmaqal yaradıb. Onlara əvvəlcə prodüser Tolik cavab verib. Prodüser ATV-ni və bacıları qınayıb:

“Deyirəm ki, ay Röya, sən nə ağıllı qadınsan. Deyirsən ki, məndən danışmayın, çəkməyin, amma bu Aygün fanatları Aygünə yaltaqlanmaqdan bezmədilər. Buradan açıq deyirəm ki, siz bacılar deyildiniz Moskvada Aygünə salam verməyən? O da sizi hamının yanında pərt elədi ki, Tolik, bu uşaqlara de, ağıllı olsunlar, məni səhv salmasınlar. Əgər ağlınızdan Röya keçibsə, siz 20 il də oxusanız, Röyanın yanında dura biləcək müğənni olmayacaqsız. Sizin uşaq-muşaq 1,5 milyon izləyiciləriniz heç kimin fikrini dəyişə bilməz, necə ki, Aygünün fanatları verilişdə, radioda işləyib tərifləməklə deyil. Aygünü də, Röyanı da sevən sevib.

Siz nə vaxtdan fikir bildirən olmusunuz? Bir də eşitsəm mənim, mənim müğənnim, veriliş haqda bir kəlimə söz demisiniz, sizi rüsvay edərəm. Mənim sizinlə dava etməyə, reklam etməyə halım yoxdur. Camaat sizi toya çağıra bilirsə, çağırsın. Namiq Qaraçuxurlu da sizinlə duet oxusa, deməli, ağlı yoxdur. Roza Zərgərli ilə sizə görə dava etmişəm. Sizə görə hamıyla dava edirdim, söhbətə gedirdim. Neçə oğlanla qırğına çıxdım. Ən yaxın qohumunuzun əlin kəsdilər, bütün günü xəstəxananın qabağında oldum. Niyə bunları danırsınız? Ona görə də Allah sizə ruzi verməyəcək.

Ömürboyu Aygünün, Röyanın, Sevdanın, Günayın, Damlanın paxıllığını çəkə-çəkə getdiyiniz kabinetlərdə qalacaqsız. Nə çıxıb deyəcəksiniz haqqımda? Deyəcəksiniz ki, Toliki aldadıb dedik ki, Günayın uşağının ad gününə pulsuz gedirik, sonra Tolik bildi ki, pulla getmişik? Tolik bizdən faiz almasın? Mən heç Eltonun toylarından faiz almıram. Axırıncı dəfə “Xəzər” TV-də canlı yayıma çıxacam deyə iki min manat qazanmaqdan imtina elədim. Sizin acığınıza bu verilişə canımı qoyacam. Reytinqi partladıb keçəcək. Sizə göstərəcəm ki, siz bu verilişdə də heç kim idiz, indi də heç kimsiniz”.

Xatirə də əkizlərin onun haqda olan rəyini cavabsız qoymayıb:

“Sizə ayıb olsun ki, başınızdan böyük danışmışınız, heç yaraşdırmadım. Musiqi savadı olmayan, sənətə təzə gəlmiş, heç bir uğura imza atmayan gənc dəliqanlı qızlar necə 18 ildir səhnədə olan və Azərbaycanın bütün korifeylərinin dərsini alan sənətçiyə fikir bildirə bilər? Sizi başa düşürəm, çoxdandır efirdə yoxsunuz, təzə hit də yoxdur, bununla gündəmə gəlməyi düşündünüz? Mən ailə qurduqdan sonra bir il efirə çıxmadım və unudulmadım da.

Sənəti ən az mənim qədər olan şəxslər haqqımda fikir bildirsin. Gedin bu sənətə niyə gəlmisiniz, necə gəlmisiniz, oturun fikirləşin, başınızdan böyük yerlərə burnunuzu soxmayın. Nə qədər ki, səs və sənət yoxdur, sözünüzün kəsəri olmayacaq. Bu gün  kimlərsə gündəmdə ola bilər, amma oxuya bilən içəri girəndə həmin adamlar stolun altında olur”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 038 16.07.18 12:07