Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Turanbank"a basqın edən şəxs 10 il müddətinə cəzalandırılıb

10.07.2018 18:40 4 045
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Nazim Məmmədovun CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il yanvarın 18-də "Turanbank" ASC-nin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Yasamal RMİ-nin əməkdaşları dərhal operativ reaksiya göstərərək, hadisə yerinə yollanıb və xəzinədarı bıçaqla hədələyib, pul tələb edən şəxsi tərksilah edərək tutublar. Ondan məişət təyinatlı bıçaq götürülüb, o, ərazi üzrə Yasamal RPİ 27-ci polis bölməsinə təhvil verilib. Araşdırma zamanı onun Nazim Məmmədov olması müəyyən edilib.

İstintaqın gedişatında müəyyən edilib ki, Nazim Məmmədov banka daxil olaraq müştəri S.Nəcəfovaya arxadan yaxınlaşıb, boğazına bıçağı dirəyib və xəzinədardan pul verməsini tələb edib. Qeyd edək, ki zərərçəkən qadın filiala pul xırdalamaq üçün daxil olmuşdur. Bu zaman bankın əməkdaşlarından birihəyəcan düyməsini basıb. Məlum olub ki, Məmmədov psixonevroloji dispanserlərdən birində qeydiyyatdadır.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər