Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Əli Həsənovun nəvəsinin apellyasiya məhkəməsi başlayıb - FOTO

09.07.2018 12:30 7 003
Əli Həsənovun nəvəsinin apellyasiya məhkəməsi başlayıb - FOTO
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Nail Allahverdiyevin (1994-cü il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, ötən il avqustun 3-də Heydər Əliyev prospektində Nail Allahverdiyev idarə etdiyi "Mercedes Gelandewaqen" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Vaqif Əsədovu və ər-arvad olan Türkiyə vətəndaşları Mütəllib və Söngül Tekişləri vurub, sonra isə "VAZ 21015" markalı avtomibilə çırpılıb və yolu kənaındakı maneəni aşaraq, yanmağa başlayıb. Qəza nəticəsində V.Əsədov və "Mercedes"də olan sərnişin Mehdi Əliyev keçiniblər, ağır yaralanan Türkiyə vətəndaşları isə 1 saylı kliniki xəstəxanaya çatdırılaraq, əməliyyata götürülüblər.

Avqustun 7-də DİN və Baş prokurorluq birgə rəsmi məlumat yayıb. Bildirilib ki, ayın 3-ü saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Mercedes Gelandewaqen" markaı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Faktla əlaqədar cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Müşahidə kameralarının görüntülərinə baxış zamanı sözügedən avtomaşının sükanı arxasında Nail Allahverdiyevin olması tam təsdiq edilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.
Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməkdə ictimai asayişi kobud şəkildə pozan "Mazda" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Mirməhəmməd İsmayılov (1995-ci il təv.) olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Məlim olub ki, Nail Allahverdiyev Baş Nazirin müavini, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə məlumat veriləcək.






Son xəbərlər