Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Nənədən 4 yaşlı nəvəsinə qarşı dəhşətli əməl: gəlin isə bunun yerinə qayınanasını...

05.07.2018 16:18 4 057
Nənədən 4 yaşlı nəvəsinə qarşı dəhşətli əməl: gəlin isə bunun yerinə qayınanasını...
Cəlilabadın Üçtəpə kənd sakini 1957-ci il təvəllüdlü Feyziyeva Səmiya Əzizağa qızının həyat yoldaşı 1945-ci il təvəllüdlü Telman Feyziyev və 1984-cü il təvəllüdlü Elnurə Fərziyeva tərəfindən döyüldüyünə dair yayılan xəbərin təfərrüatları bəlli olub.

Telman Fərziyevin publika.az-a verdiyi məlumata görə, 1993-cü ildən ailə qurduğu Səmiya Feyziyeva 6 aydan çox Ruhi Əsəb Dispanserində müalicə alıb:

"Bu, mənim ikinci ailəmdi. Ayın 2-i mən naxırda növbədə olan vaxtı bu qadın evdə gəlinlə mübahisə edib. Arvad götürüb quyudan su çəkib, 4 yaşlı körpənin üstünə töküb ki, boğulsun ölsün. Gəlin usağı götürmək istəyəndə çaydandan uşağın üstünə qaynar su töküb yandırıb. Səslərinə qonşular gəlib, ayıra bilməyiblər. Gəlin də onu həyətdə döyüb, bir-birinin saçının yolublar. Bu adam xəstədir. 6 aydan çox dispanserində müalicə alıb. Ailəmi dağıtdı, uşaqlarımı evdən qaçırdı. Hər gün bir hadisə ilə gedib məndən polisə şikayət edir. Guya mən onu döyürəm. Neçə dəfə özünü asmaq istəyib, ipdən almışam. Uşaqlara evdə göz verib, işıq vermir. Polisdə də izahat yazmışam. Polis məsələni araşdırır. Daha bezmişəm. Apardım xəstəxanaya, həkimlər yardım göstərdi. Yenə də söz-söhbəti bitmir”.

Üçtəpə kənd bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

"O gün gəlin ilə qayınana arasında mübahisə düşüb. Kişi evdə olmayıb. Deyəsən qayınana uşağı döyüb, gəlinə söyüşlər söyüb. Gəlin də təhqirlərə dözməyib, onu döyüb. Arvad bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. 4 yaş yarımlıq uşaq da yaxşı vəziyyətdə deyil. Anadangəlmə qüsurla doğulduğu üçün hərəkət edə bilmir. Bundan 5-6 ay əvvəl də onların ailəsində münqaişə baş vermişdi. Qadın həyat yoldaşından xəbərsiz kişinin pul kartını öz qardaşına vermişdi, aralarında söz-söhbət yaranmışdı. Kənd ağsaqqalları yığışıb barışdırdı. Kənddə hamı onların ailəsini mübahisəli ailə kimi tanıyır".

Cəlilabad rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, qadın ayın 2-si xəstəxanaya gətirilib: "Feyziyeva Səmiya Əzizağa qızı ayın 2-si ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Bədənin çoxsaylı travmatik zədələri diaqnozu qoyulub. İlkin ambulator müayinə olunduqdan sonra evə buraxılıb”.

Son xəbərlər