Mojo.az Banner
15:58 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb  |     15:50 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır  |     15:49 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:48 "Qarabağ"ın yeni transfer hədəfi BİLİNDİ  |     15:41 Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi xəbərini təkzib etdi (Yenilənib)  |     15:38 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub  |     15:06 Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq  |     14:46 Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb  |     14:45 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ  |     14:43 Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI - VİDEO  |     14:41 Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı  |     14:40 Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB  |     13:31 Venesuelanın əsas hava limanı zəlzələdən sonra fəaliyyətini bərpa edir  |     13:09 Birləşmiş Ştatlardan viza müraciətləri ilə bağlı YENİ QƏRAR  |     13:01 Robert Koçaryanın oğlu həbs edildi  |     12:45 Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı  |     12:44 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub - FOTO  |     12:30 610 bal topladı, amma tələbə ola bilmədi - FOTO  |     12:25 Ermənistan ordusunda ölümlər: Son üç gün ərzində üçüncü hadisə  |     12:22 Buzovnada faciə: Körpə ölü doğuldu, ailə həkim səhlənkarlığını iddia edir - VİDEO  |    
Left Banner
Right Banner

İcra başçısını güllələyən şəxs barədə RƏSMİ AÇIQLAMA

04.07.2018 20:54 22 094
İcra başçısını güllələyən şəxs barədə RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi Gəncə şəhərinin İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Median.Az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir:
“Kimlərsə sensasiya xətrinə başqa adama məxsus fotonu sosial şəbəkələrdə paylaşaraq həmin görüntülərin Gəncədə məlum cinayəti törədən şəxsə aid olduğunu iddia edir. Bir daha qeyd edirik ki, Gəncədə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, cinayəti törədən şəxs isti izlərlə tutularaq istintaqa təhvil verilib və hazırda istintaq altındadır. Ona hər hansı işgəncə verilməsi barədə iddialar əsassız və absurddur”.

Xatırladaq ki, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib. скачать dle 11.3
Mojo.az Banner