Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qəribə QADAĞA: Eyvandan paltar asanlar cəzalanacaq - RƏSMİ

25.06.2018 16:21 1 915
Bakıda qəribə QADAĞA: Eyvandan paltar asanlar cəzalanacaq - RƏSMİ
Bakının mərkəzində yaşayan sakinlər üçün maraqlı qadağalar tətbiq edilir.

Median.Az
xəbər verir ki, şəhərin mərkəzində binalarda yaşayan sakinlərə eyvan və pəncərələrdə zivələrə paltar asmağa icazə verilmir. Bu barədə paytaxt sakinləri Baku.ws-in “qaynar xətti”nə bildiriblər. Şikayətlər əsasən paytaxtın Yasamal, Səbail, Nərimanov, Nizami rayonları ərazisində yaşayan vətəndaşlardan bildiriblər.

Vurğulanıb ki, polislər məhəllələri gəzərək, zivələrə paltar asan vətəndaşlara xəbərdarlıq edib. Bildiriblər ki, yol kənarlarına baxan eyvanlardan zivələrə paltar asmaq qadağandır.

Güc strukturlarından bildirilib ki, bu barədə onlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi göstəriş verilib. Göstərişə görə, şəhərin mərkəzində binalarda zivələrə paltar asmaq olmaz.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı Meriyasının aparat rəhbəri Rasim Quliyev Baku.ws-ə eksklüziv verdiyi açıqlamada qurumdan belə bir tapşırığın verildiyini təsdiqlədi. Onun sözlərinə görə, bu tapşırıq şəhərin gözəlliyinə xələl gətirməmək üçün verilib.

“Şəhərimizə çoxsaylı tursitlər gəlir. Bakının görünüşünü korlamaq olmaz. Yaşayış binalarında paltar asırlar. Yəqin razılaşarsız ki, küçənin ortasında eybəcər borulardan sallanan və üzərinə alt paltarından tutmuş müxtəlif geyimlərin asıldığı zivələr pis görünür. Bu vəziyyət estetik cəhətdən xoş görünmür və məqsədəuyğun deyil”, - deyə Rasim Quliyev bildirib.

Qeyd edək ki, Bakı meriyasının tapşırığına əməl etməyən sakinlər cəzalandırıla bilər. Hələlik cərimənin məbləği dəqiqləşdirilməyib. Lakin polisin tapşırığına əməl etməyib, tabesizlik edən vətəndaşlar barədə hüquq çərçivəsində tədbirlər görüləcək.

Son xəbərlər