Mojo.az Banner
20:35 Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi  |     20:28 Bakının məşhur bazarı sökülür  |     20:23 Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?  |     20:17 39 saniyədə fəlakət: Venesuela şəhərləri xarabalığa çevirildi - Ölkədə talanlar başladı  |     20:09 Parisdə isti hava səbəbindən spirtli içki satışı qadağan edildi  |     20:02 Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - Deputat açıqladı  |     19:57 Hibrid və elektrik avtomobillərinin idxalında güzəşt olacaq?  |     19:52 Alimlər çovdar çörəyinin orqanizm üçün gözlənilməz faydasını açıqladı  |     19:43 Ebola virusundan ölənlərin sayı artır  |     19:38 Simonyan məhkəmədə Köçəryana qalib gəldi  |     19:30 Çaylardan sel keçəcək - Xəbərdarlıq  |     19:24 "Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB  |     19:15 İrəvandan sonra Bakıya gələcək  |     19:10 Azərbaycanda həbsdə evlənənlərin sayı açıqlandı  |     19:03 Yük maşını minik avtomobili ilə toqquşdu - Video  |     18:43 Yaponiyada güclü zəlzələ baş verib  |     18:26 İsmayıllı sakini kanalda boğuldu - Axtarılır  |     17:59 Elman Himayətoğluna "Zirə"də VƏZİFƏ VERİLDİ  |     17:37 Gənclər niyə regionlardan qaçır?  |     17:25 Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI - Nələr müzakirə edildi?  |    
Left Banner
Right Banner

Bakı kilsəsində dəhşət — Keşiş ayzaşlı qızı zorladı

22.06.2018 18:39 11 862
Bakı kilsəsində dəhşət — Keşiş ayzaşlı qızı zorladı
Rus Pravoslav Kilsəsinin Bakı Yepiskopluğunda qalmaqallı hadisə baş verib. Bu hadisə bir neçə il əvvəl Avropa və ABŞ-dakı katolik kilsələrdə baş verən cinsi zorakılıq hadisələrini xatırladır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi kilsədə azyaşlı qızın zorlanması faktının araşdırılmasına başlayıb.

Median.Az xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan” Nəsimi rayon hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

Məlumatlara görə, iyunun 20-də Nəsimi rayon 22-ci polis bölməsinə M.X. adlı paytaxt sakini müraciət edib. O, Bakıdakı kilsələrdən birinin ziyarətçisidir. Fevralın 14-də doqquz yaşlı qızı ilə birlikdə kilsəyə gedib.

Qadın dua etdiyinə görə iki kişinin onun qızını başqa yerə apardığını və ona qarşı seksual xarakterli hərəkət ediyini görməyib. Baş verənlərlə bağlı uşaq anasına dərhal məlumat verməyib.

O, hadisə ilə bağlı anasını dörd aydan sonra məlumatlandırıb. Şikayətçi şübhələndiyi şəxslərin adını açıqlayıb, ancaq biz etik səbəbdən onların adını bildirmirik.
Hazırda işlə bağlı materiallar Nəsimi rayon Polis İdarəsinə təhvil verilib və bununla əlaqədar Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanıb. İstintaq hadisənin təfərrüatını araşdırır. Faktla bağlı ekspertiza təyin olunacaq.

Hadisə ilə əlaqədar həmin kilsə ilə əlaqə saxlanılıb. Kilsənin atası bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur. O, adıçəkilən şəxslərin kilsə ziyarətçisi olduğunu təsdiqləyib.

Hadisədə adları çəkilən keşişlərlə də danışmaq cəhdlərinə kilsənin atası mane olub.

Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazada qeyd edib ki, zərərçəkən qızı təzyiqlərdən qorumaq üçün bir müddət ictimaiyyətin diqqətindən kənarda qalmalıdır.скачать dle 11.3
Mojo.az Banner