Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Çarəsiz ailənin nə yaşamağa yeri var, nə də... - FOTO

18.06.2018 16:49 2 448
Çarəsiz ailənin nə yaşamağa yeri var, nə də... - FOTO
"Çıxış yolu tapa bilməyəndə lap bezirəm, intihar eləmək, özümü asmaq istəyirəm"

Ağdamdan məcburi köçkün düşmüş və Bərdədə məskunlaşmış Qasımovlar ailəsinin iztirablı həyatı davam edir. Ramil Qasımovun həyat yoldaşı Xavər xanımın xəstəliyi günü-gündən ağırlaşır. Xavəri müalicə etdirməyə isə ailənin maddi imkanı yol vermir.

Ailə çarəni aidiyyatı qurumlara və səhiyyə nazirinə müraciət etməkdə görsə də, heç bir müsbət nəticə əldə edə bilməyib. Ölkə başçısına ümidini bağlayan Xavər Məmmədova bu çətin xəstəliklə mübarizədə Prezidentdən və Birinci vitse-prezidentdən yardım gözləyir.

Xavər Qasımovanın xəstəliyi, ailənin sosial durumu, kirayədə yaşaması, bir sözlə, düçar olduqları ağır vəziyyət barədə Sputnik Azərbaycan və digər saytlarda məlumatlar yer alsa da, bu günə qədər onların tale ilə maraqlanan olmayıb. Xavər Qasımovanın sosial yardım və ya tibbi yardımla bağlı müraciətlərini nəzərə alan belə yoxdur.

Ötən günlər ərzində Qasımovlar ailəsinin sosial durumu daha da ağırlaşıb. Kirayədə qaldıqları evin sahibi də onlara evi satmaq qərarına gəldiyini deyib. İndi Qasımovlar ailəsinin durum daha da ağırlaşıb. 100 manata kirayə yaşadıqları bu evdən ucuzunu tapa biləcəklərinə inanmırlar. Çünki digər evlərin kirayə haqqı 200 manatdan başlayır və ailənin də bu məbləği qarşılamağa imkanı çatmır.



Kirayədə qaldıqları evin sahibi Qasımovlara evi satmağa hazırlaşdığını deyib

Ailə başçısı Ramil Qasımov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, qaçqın və məcburi köçkünlər üçün prezidentin verdiyi imtiyazlardan belə yararlana bilmirlər: "Neçə illərdi kirayədə yaşayırıq. "Qaçqınkom"un Bərdə nümayəndəliyinə, Bərdə Rayon İcra Hakimiyyətinə yaşayış yeri ilə təmin olunmaq üçün müraciət etsək də, müsbət cavab ala bilmədik. Hər dəfə gözləyin, düzələcək deyirlər".

"Neçə illərdir bu çətinliklərlə baş-başa qalmışıq. Həyat yoldaşım ağır xəstə, uşaqlarım körpə, bilmirəm ki, onların ehtiyaclarını necə ödəyim. Üstəlik də kirayələrdə həyatla çarpışmaq mənim üçün çox çətindir. Heç kimin rəhmi gəlmir bizə. Əlaqədar təşkilatların hamısı susur. Müraciətlərimizə cavab vermirlər. Belə desək, qolumuzdan tutub qaldıranımız yoxdur. Çıxış yolu tapa bilməyəndə lap bezirəm. İntihar eləmək, özümü asmaq istəyirəm", — deyir çarəsiz ailə başçısı.

Gənc ailənin yeganə ümid yeri prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevadır. Ailənin ən balaca üzvləri — Hüseynlə Zəhra da ölkə başçısına müraciət edərək deyir: "Prezidentimizdən xahiş edirik, anamızın müalicəsində, ailəmizin evlə təmin olunmasında bizə köməklik etsin. Bizim yeganə ümidimiz prezidentimiz və Mehriban xanımdır".//sputnik.az

Son xəbərlər