Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Azər Badamov: Konfederasiya ideyasını ortaya atanlar niyə gedib işləri ilə məşğul olmur?

14.06.2018 13:41 2 063
Azər Badamov: Konfederasiya ideyasını ortaya atanlar niyə gedib işləri ilə məşğul olmur?
Bu gün Azərbaycan Türkiyə ilə yüksək dostluq və qardaşlıq münasibətlərini yaşayır. Azərbaycan-Türkiyə bir millət-iki dövlətdir və hər iki ölkə bununla fəxr edir. Beynəlxalq arenalarda da ölkələrimiz bir-birini dəstəkləyir və müdafiə edir.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Azər Badamov ADP sədri Sərdar Cəlaloğlunun Azərbaycan-Türkiyə konfederasiyası ideyasına münasibətini bildirərkən deyib.

O, xatırladıb ki, ümumiyyətlə, türkdilli dövlətlər arasında münasibətləri və əməkdaşlığı inkişaf etdirmək üçün TÜRKPA da yaradılıb.

“TÜRKPA kifayət qədər aktiv fəaliyyət göstərir və türkdilli ölkələrin birləşməsinə öz töhfəsini verir. Ölkələrimiz arasında belə yüksək qardaşlıq münasibətlərinin yaşandığı bir dövrdə əlavə bir konfederasiyanın yaradılacağını düşünmürəm. Çünki buna ehtiyac görmürəm. Bu ideya həyata keçirilməsi mümkün olmayan cəfəng və yersiz ideyadır. Biz bir vaxtlar başqa bir federasiyanın, ittifaqın tərkibində yaşamışıq, onun da nələrə səbəb olduğu hər kəsə bəllidir.

Eyni zamanda, bu yaxınlarda Cümhuriyyətimizin yaranmasının yüz illiyini təntənəli şəkildə qeyd etdik. Hələ də Cümhuriyyətlə bağlı tədbirlər davam edir, bu ilin payızında Milli Məclisin də yüz illiklə, həm də Parlamentimizin 100 illiyi ilə bağlı geniş-təntənəli tədbiri olacaq və sairə. Bütün bunlardan sonra biz necə başqa bir federasiya və konfederasiyanın (orada hansı dövlətin təmsil olunmasından asılı olmayaraq) tərkibinə qatıla, belə bir məsələni düşünə bilərik?

Bu, Cümhuriyyətimizə, Cümhuriyyət qurucularımıza da bir hörmətsizlik, sayğısızlıq deyilmi, olmazmı? Bunu səsləndirənlərin görəsən məşğul olmağa işləri, peşələri yoxdurmu? Niyə gedib öz işləri ilə, öz bildikləri, bacardıqları işlərlə məşğul olmurlar? Bir daha qeyd edirəm ki, bu gün Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə münasibətlər var və bundan artığına da ehtiyac yoxdur, yəni, ölkələrimiz arasında bütün məsələlər ikitərəfli və çoxtərəfli formatlarda öz həllini yüksək səviyyədə tapır”- deyə, A.Badamov sözlərinə əlavə edib.скачать dle 11.3
Mojo.az Banner