Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Cəlaloğlunun “konfederasiya” təklifinə etiraz gəldi

13.06.2018 13:53 1 601
Cəlaloğlunun “konfederasiya” təklifinə etiraz gəldi
Azərbaycanın Türkiyə ilə konfederasiyaya getməsinə heç bir zərurət yoxdur.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Musa Quliyev ADP sədri Sərdar Cəlaloğlunun bir müddət öncə səsləndirdiyi təklifə münasibətini bildirərkən bildirib.

Onun sözlərinə görə,hələ illər öncə Ümummilli Lider Heydər Əliyev bu məsələyə öz dəqiq qiymətini verib ki, Türkiyə ilə Azərbaycan bir millətin iki dövlətidir:

“Biz də istəyirik, arzu edirik ki, dünyada türkdilli xalqların dövlətləri daha da çox olsun.Dövlətlər çox olursa, bir-birlərini beynəlxalq aləmdə də dəstəkləmək imkanları daha çox və daha geniş olur. Yəni, BMT-də, Avropa Şurasında, ATƏT-də bir-birini dəstəkləmək imkanları daha böyük olur.Bununla yanaşı, bir-birinə hərbi, siyasi, iqtisadi baxımdan kömək etmək imkanları olur.Ona görə türkdilli dövlətlərin sayı nə qədər çox olursa, olarsa, bir o qədər yaxşıdır. Hətta, arzumuz odur ki, muxtar respublikaları olan türkdilli xalqalar da gələcəkdə öz müstəqilliklərini əldə etsinlər və dövlətlərini yaratsınlar. Biz bu istiqamətdə düşünməliyik”.

Deputat hesab edirb ki, konfederasiya artıq keçmiş bir mərhələdir:

“Azərbaycan da artıq oturuşmuş bir dövlətdir və hətta, biz gələcəkdə Azərbaycanı daha böyük bir dövlət görmək niyyətindəyik. İnşallah, buna da nail olacağıq, tarix bunu bizə qismət edəcək. Ona görə də Türkiyə ilə konfederasiyaya getməyin nə Türkiyə üçün, nə də bizim üçün xeyri var.

Bu günlərdə buna hansısa tarixi, hərbi, siyasi zərurət də yoxdur. Azərbaycan dünyada tanınan dövlətlərdən biridir.Kosmos dövlətidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş ölkədir və dünyada, o cümlədən, regionda da olduqca böyük nüfuza malikdir. Dünya tərəfindən də hüquqi,demokratik,sivil ölkə kimi qəbul olunur.İndi Azərbaycanı başqa bir dövlətlə birləşdirmək, hüquqlarını aşağı salmaq tarixi nailiyyətlərimizi inkar etmək deməkdir.

Biz bu yaxınlarda müstəqilliyimizin yüz illiyini qeyd etdik və bundan da fəxr edirik. Müstəqil dövlətimizin yaranmasından yüz il keçəndən sonra təzədən biz öz müstəqilliyimizi itirək və ya hansısa konfederasiyaya gedək, bu, düzgün olmaz. Buna heç bir zərurət yoxdur.Mən hesab edirəm ki, biz iki qardaş və qonşu dövlətlər kimi güclənməli, inkişaf etməli və bir-birimizə bütün platformalarda dəstək olmalıyıq”.

Son xəbərlər