Mojo.az Banner
22:50 Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı  |     22:42 Çörək BAHALAŞACAQ?  |     22:35 “7:2-ni yaddan çıxarmalıyıq" - Qurban Qurbanov  |     22:29 Dünya çempionatı boykot edilə bilər  |     22:28 Paşinyan: Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum hələ gündəmdə deyil  |     22:22 Xanım Tiktoker 10 sutkalıq həbs edildi  |     21:59 Atası ilə Kürdə çimmək istədi - Xəstəxanalıq oldu  |     21:51 Azərbaycanda 172 min manatlıq gəmi satışa çıxarılır  |     21:45 Məşhur aşpaz evində ölü tapıldı  |     21:40 Qaz obyektləri ilə bağlı yeni tələblər qüvvəyə mindi  |     21:23 Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi  |     21:15 "Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubunda  |     21:06 Su xəttinin qəzalı hissəsi yenisi ilə əvəzləndi  |     21:00 İki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     20:39 Erməniəsilli bloqerin Dubay macərası ekstradisiya ilə başa çatdı  |     20:27 Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"  |     19:57 Macarıstandakı səfirimiz də vəzifəsindən geri çağırıldı  |     19:50 İsveçdə 20 gənc futbolçu itib  |     19:40 Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU  |     19:29 Göygöldə 11,8 min manatlıq heyvan oğurluğu  |    
Left Banner
Right Banner

Kəndimiz işğaldan azad edildi – RƏSMİ + FOTO/VİDEO

09.06.2018 13:29 7 353
Kəndimiz işğaldan azad edildi – RƏSMİ + FOTO/VİDEO
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bu il may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.

Bununla, Azərbaycan Ordusu daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb.

Bunun 8 min hektardan artığı əkin üçün yararlı ərazilərdir.

Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar bərpa edilib.

Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyekt dağıdılıb, kənd xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçmək məcburiyyətində qalıb.

“Nuhçixan” İnformasiya Agentliyinin yaydığı məlumata görə, Günnüt sakinləri 26 ildən sonra - iyunun 7-də kəndlərinə qayıdaraq əzizlərinin məzarını ziyarət ediblər.














скачать dle 11.3
Mojo.az Banner