Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

"Apteklərdə satılan saxta dərmanlar həkimləri də boğaza yığıb"

07.06.2018 17:54 3 784
Müxtəlif vaxtlarda Azərbaycanda satılan hansısa dərmanın keyfiyyətinin aşağı olması və ya insan orqanizminə vura biləcəyi zərər barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar paylaşılır.

Hazırda Azərbaycanda satışda olan və firma dərmanı olaraq adlandırdığımız bir çox dərman var ki, Azərbaycandan kənarda nə tanınır, nə də istifadə olunur. Bəzən belə dərmanların tərkibində olmalı olan kimyəvi maddələrin ya özü, ya da dozası əksik olur. Belə saxta və ya keyfiyyətsiz dərmanlar həkimlərin də işini çətinləşdirir, xəstələrin isə səhhətinin daha da ağırlaşmasına səbəb olur.

Beynəlxalq təşkilatların araşdırmalarına görə, dünyada hər il təqribən 800 min saxta dərman satışa çıxarılır. Hətta 2005-ci ildə saxta dərman vasitələrinin dövriyyəsi pik nöktəyə çataraq 4 dəfə artıb. Həyat üçün təhlükəli olan belə dərmanlar daha çox 3-cü dünya ölkələrində (Afrika və Asiya ölkələri) satılır. Dünyada saxta dərman dövriyyəsi 20-60%-dir. Saxta dərman qaçaqçılığının qarşısını almağın standart bir mexanizmi yoxdur. Azərbaycan dövləti bu cür dərmanların bazardan çıxarılması üçün müxtəlif tədbirlər görür. Çox təəssüf ki, bəzi şəxslərin maraqları bu prosesi ləngidir.

Əczaçı ekspert kimi əhalinin diqqətli olmağını, mətbuatı izləməyini tövsiyyə edirəm. Əgər aldığınız dərman normadan çox aşağı qiymətə satılırsa, barkodu yoxdursa və ya standarta uyğun deyilsə, dərmanın qablaşdırılması həmişəkindən (və ya digər aptekdə satılandan) nazikdirsə, rəngi solğundursa, bu zaman dərmanın saxta olduğundan şübhələnmək olar. Belə olan halda dərmanın sertifikatını tələb edin və ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə birbaşa müraciət ünvanlayın.//yeniavaz.com

Son xəbərlər